Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


16.03.2017  14:48 

I sinifə elektron qəbulla bağlı problem yarandı





A+  A-

Martın 15-dən etibarən Bakıda 2017-2018-ci dərs ili üçün I sinfə şagird qəbuluna başlanıb. Bir sıra yeniliklər edilən qəbul prosesində bəzi problemlər də müşahidə edilir.
Valideynlərin verdiyi xəbərə görə, sistemdə uşaqların şəxsiyyət vəsiqəsi ilə yanaşı doğum haqqında şəhadətnamə ilə qeydiyyatdan keçməyin mümkün olduğu göstərilsə də, dünəndən valideynlər şəhadətnamə ilə uşaqları qeydiyyatdan keçirməyə nail ola bilməyib. Bundan əlavə, sənəd qəbulunun yeni başlamasına baxmayaraq, bəzi müəllimlərin seçilməsi də mümkün olmayıb. Məsələ ilə əlaqədar məktəblərə müraciət etdikdə artıq həmin müəllimlərin siniflərində yerlərin dolduğu bildirilib.

Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən cavabda qeyd edilib ki, doğum haqqında şəhadətnamə ilə və ya hər hansı səbəbdən elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.
Alternativ Qeydiyyat Mərkəzləri Binəqədi rayonu üzrə 3, 179, 297 və 313 nömrəli, Nərimanov rayonu üzrə 36, 57, 82 və 177 nömrəli, Nəsimi rayonu üzrə 19, 164, 240 və 247 nömrəli, Nizami rayonu üzrə 129,145, 214 və 227 nömrəli, Qaradağ rayonu üzrə 110, 180, 195, 228, 274 və 288 nömrəli, Pirallahı rayonu üzrə 235 nömrəli, Sabunçu rayonu üzrə 4, 74, 75, 78, 128, 130 və 170 nömrəli, Səbail rayonu üzrə 7, 163 və 236 nömrəli, Suraxanı rayonu üzrə 84, 270, 279, 315 və 318 nömrəli, Xətai rayonu üzrə 24, 116, 165, 191 və 261 nömrəli, Xəzər rayonu üzrə 117, 156, 181, 234 və 241 nömrəli və Yasamal rayonu üzrə 18, 21 və 286 nömrəli tam orta məktəblərdə yaradılıb.

Elektron ərizənin qeydiyyatı ilə əlaqədar rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə vətəndaşlar saat 10:00-dan 17:00-dək müraciət edə bilərlər. I sinfə qəbul prosesi sentyabrın 15-dək davam edəcək.

(apa.az)

Xəbər 1371 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +