Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


01.04.2024  20:47 

Dövlət tikinti layihələrinin üç ortağı





A+  A-

"Üç məmur dövlət tikinti layihələrində faktiki ortaqlardır".

Xəzərnews.az xəbər verir ki, bu fikirləri araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün sosial şəbəkə hesabında yazıb.

O, hər üç ortağını şəklini təqdim edərək yazıb ki, Namiq Hümmətov Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavinidir: "Ortadakı şəxs Mənzil İnşaatı Dövlət Agentliyi yanında "MİDA" MMC-nin rəhbəri Fərhad Təhməzovdur. Üçüncüsü isə belə demək mümkünsə, Naxçıvanın yeni Namiq Hümmətovudur. Pərvin Nəbiyev London City Universitetinin məzunudur. Təzəlikcə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr müavini təyin olunub. Amma başını çoxdan başlara qoşub, Hümmətovun və Təhməzovun çevrəsində dolaşır".

C.Həsənli vurğulayıb ki, bu gün Namiq Hümmətov Xankəndi, Ağdərə və Xocalıda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibinə daxil edilib:
"Keçmiş şampanzavod işçisi faktiki tikinti oliqarxına çevrilib. Son 5 il ərzində Hümmətov cənabları öz şirkətləri üçün faktiki ortağı Fərhad Təhməzovun sayəsində Mənzil İnşaatı Dövlət Agentliyinin ümumilikdə 177 milyon manatdan artıq sifarişini əldə edib. İndi Fərhad Təhməzovun oğlu İsrafil Təhməzov Qarabağda dövrəyə girib, irihəcmli dövlət tikinti və bərpa sifarişləri əldə etməyə başlayıb.

Təhməzovun şirkətləri Namiq Hümmətovun qardaşının adına olan şirkətlərlə partnyorluq əsasında qarşılıqlı fəaliyyət göstərir. Mexanizm belədir, dövlət sifarişlərini alan şirkət tenderin əldə olunmasında yardımçı tərəfin şirkətlərini subpodratçı şirkət kimi layihəyə cəlb edir və bütün tərəflər ayrılan məbləğdən öz payını götürür. İndi Namiq Hümmətovun Xankəndi, Ağdərə və Xocalıda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibinə daxil edilməsi məmur şirkətlərinin Qarabağda yeni dövlət layihələrində iştirakına yeni üfüqlər açır.
Təəssüf ki, Azərbaycanda vəzifə beşmərtəbəli şəxsi mənafelərin, biznes maraqlarının 6-cı mərtəbəsidir.

Xatırladım ki, Təhməzovların tamahı ucbatından professor Nazim İmanovun oğlu, Azərbaycan Prezidentinin Qarabağ İqtisadi Regionu üzrə Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Araz İmanov işini itirib. Araz İmanov 6 ay əvvəl Təhməzovlaın yaxın qohumu kimi azad edilmiş ərazilərdə toqquşan maraqların hədəfinə gəlmişdi. Yeri gəlmişkən, Fərhad Təhməzov Nazim İmanovun qudasıdır. Nazim İmanovun digər oğlu Cavidan İmanov Fərhad Təhməzovun qardaşı, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin Slovakiya, Ukrayna və Türkiyədəki biznesini idarə edir".


Xəbər 1314 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +