Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


13.12.2021  21:17 

Azərbaycan ordusunun döyüş generalı niyə “vurulur“?





A+  A-

Cənubun "052 işi"...

General Hikmət Mirzəyev 44 günlük savaşın ən vacib simalarındandır. Adam mənən milyonçudur yəni. İndi öz evini, ya da qohumunun evini qurdalayanlar, onu həm də oliqarx, korrupsioner, cani, başkəsən kimi tanıtmaq istəyir.

Niyə?

Bir neçə il əvvələ dönək. 2016-cı ilin aprel döyüşlərinin əsas qəhrəmanlarından, korpus komandiri, Mayıs Bərxudarovun nəhəng “fermaları” üzə çıxmışdı Lələtəpə alınandan sonra. Yəni deyib və yazırdılar ki, Lələtəpə uğurunun öndərlərindən, general Bərxudarov Azərbaycan ordusunun oleqarxı, korrupsioneridir.



Peşəkarlar bilir, peşə-karlar(ı) da bilsin ki, savaş generalları elə-belə hədəf seçilmir. Ordunun əzmini, iradəsini, şəxsiyyətini qırmağa çalışırlar. Daha dəqiqi, ordunu nüfuzdan salmaq üçün oyun başlanıb. Bu dəfə dövriyyəyə cənub girib deyəsən. Xəbərin xaricdən yayınlanma metodologiyası, formatı və mənbələri belə düşünməyə əsas verir.
Onu da yada salmaqda fayda var ki, 2016-da M.Bərxudarovu dövlət zorla qorumağa müvəffəq oldu. Amma bir qədər sonra, Azərbaycanın da, ordunun da başına "Tərtər işi" rəzalətini gətirdilər.

Yəni indi hədəf təkcə Hikmət Mirzəyev deyil, həm də, Yaşma, 052-dir. Yəni müharibənin düşmən üçün qorxu və qəhrəmanlıq simvolları, xüsusi təyinatlılardır.

Dayandırılmasında fayda var bu qara piarın. Di gəl, iş təkcə ölkə içində getmir. Və proses ikinci "Tərtər işi"nə aparır. Artıq bu işin qara piarına xaricdəki özünə KİV deyənləri də qatıblar. Azərbaycanda isə bu mövzunu az sayda media quruluşu müzakirəyə çıxaracaq. Əksəriyyət "sıroy" oğurluq xəbəri verəcək, vəssalam. Bir də var İP xəstələri. Bu medianı nə zaman toparlayacaqlar o da bəlli deyil. Bəlli olan bu ki, Azərbaycanda "generalın evində oğurluq" adı altında ikinci "Tərtər işi" oyunu qurulması işinə başlanılıb. Məqsəd ordunu gözdən salmaq, əzmini qırmaqdır. Buna artıq şimal yox, cənub qonşusunun "052" əməliyyatı da demək olar.



Beləcə Qarabağda, sərhədlərdə delimitasiya, demarkasiya işini ləngitmək, həmçinin digər regional layihələrə mane olmaq istəyirlər. Baş tutması birmənalı mümkün olmamalı.

Bu arada, ölkədə,
1. Sosial problemlər, təqaüdlər, işsizlik;
2. Qazi problemi;
3. Şəhid statusları məsələsi;
4. Tərtər işi;
5.Gəncə işi;
6. Tovuz işi;
7.Uşaqpulu məsələsi;
8. Əlillik dərəcələri
...kimi məsələlər, ciddi nəzarət götürülməli. Həlli ictimai rəyə hesabat verilərək icra olunmalıdır. Çünki indi xalqın dövləti müdafiə etməsi məsələsi çox mühim şərtdir. Və sadalanan səkkiz problemin hər birinin qolu mütləq orduya bağlıdır.

Unutmaq olmaz, bu mövzuların hər biri Azərbaycana silahsız hücum vasitələridir. Bu vasitələr neytrallaşdırmağınsa yeganə yolu mövzuları milli media və dövlətin öz əlinə almasıdır.

Cənubun "052" hücumuna qarşı durmağın başqa yolu qalmır. Üstəlik dövlətə və xalqa ikinci " Tərtər işi" lazım deyil.

Jalə Mütəllimova

Xəbər 920 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +