Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


25.11.2021  06:42 

Ərdoğan vəziyyətdən çıxmaq üçün nə edəcək?





A+  A-

Türkiyə prezident seçkiləri dönəminə daxil olmaq ərəfəsindədir.

Təbii ki, Qərbin apardığı “iqtisadi müharibə” nəticəsində lirənin süni şəkildə dəyərdən düşməsi Tayyib Ərdoğanı ciddi şəkildə narahat edir. Çünki kütlə üçün lirənin ucuzlaşmasının arxasında hansı səbəblərin durması o qədər də maraqlı deyil. Kütlə haqlı olaraq stabil lirəyə sahib olmaq istəyir.

Vəziyyətdən çıxmaq üçün cənab Ərdoğan nə edəcək? İlk növbədə varlı Körfəz ölkələri ilə münasibətləri normalaşdırmağa çalışacaq.

Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsinin Ankaraya bugünkü səfəri prosesin başlağıcıdır. Daha sonra Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, və Omanla anlaşma əldə olunacaq. Qətərlə münasibətlər onsuz da ən yüksək səviyyədədir. Bu ölkələrlə yaxınlaşma Türkiyəyə sərmayə axınını təmin edəcək. Lirənin dəyərinin gücləndirilməsi üçün bu amil xüsusi rol oynaya bilər.

2023-cü ildə keçiriləcək prezident seçkisi ərəfəsində cənab Ərdoğanın reytinqinin yüksəlməsi üçün Misir və İsrail ilə də yaxınlaşma prosesinə start verilib. Artıq ortada müsbət nəticələr də var.

Sadalanan ölkələrlə anlaşmaya mane olan səbəblər çoxdur. Ancaq əsas məqam “Müsəlman Qardaşları” təşkilatı ilə bağlıdır. Türkiyə bu təşkilata ciddi dəstək verir. Düşünürəm ki, prezident seçkisindən qalib çıxmaq üçün cənab Ərdoğan “Müsəlman Qaradaşları” təşkilatı ilə əlaqələrini ciddi şəkildə zəiflədəcək. Bilməyənlər üçün deyim ki, “Müsəlman Qaradaşları” təşkilatı İslam aləmində, xüsusən ərəb coğrafiyasında monarxiya qarşı çıxır. Türkiyənin Osmanlı dönəmindəki əzəmətinə dönməsinə də müsbət yanaşır. Ona görə də monarxiya sisteminə söykənən bəlli ərəb ölkələri “Müsəlman Qaradaşları”ını terrorçu təşkilat kimi təqib edirlər.

Tayyib Ərdoğan 2023-cü il seçkilərindən qalib çıxmaq istəyir. Bunun üçün isə Türkiyəyə ciddi para axını təşkil olunmalıdır. Cənab Ərdoğan bunu təmin edə bilsə, böyük ehtimalla yenidən prezident seçiləcək.

AKP liderinə üstünlük verən əsas amillərdən biri də odur ki, müxalifətdə Ərdoğan kimi xarizmatik lider yoxdur. Ancaq Türkiyədə seçkinin nəticəsi sandıq başında müəyyən olunur. Ona görə də bəri başdan nəsə demək çətindir.

Dəqiq bilinən odur ki, Tayyib Ərdoğan növbəti seçkidən qalib çıxmaq üçün ideoloji baryerləri aşacaq.

Təcrübəli siyasətçi bütün məharətini sonucu seçkilərdə ən yüksək səviyyədə sərgiləməyə çalışacaq...

Elbəyi Həsənli


Xəbər 1076 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +