Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu
Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib


20.10.2021  23:57 

Sümükləriniz niyə əriyir?





A+  A-

1997-ci ildən etibarən hər il oktyabrın 20-si Ümumdünya Osteoporozla Mübarizə Günü kimi qeyd edilir.

Osteoporoz sümük toxumasının zədələnərək nazikləşməsi, sümüklərin deformasiyası və sınığı ilə nəticələnən metabolik xəstəlikdir. Bir qayda olaraq, tədricən yaranır və zaman keçdikcə inkişaf edir. Sümükdə gedən dəyişiklikləri xarakterizə edən osteoporoz terminini ilk dəfə XIX əsrdə fransız cərrahı Yakob Lobşteyn işlədib. Aparılan statistika və elmi araşdırmalar alimləri və tibb işçilərini belə bir qənaətə gətirib ki, osteoporoz birbaşa orqanizmin qocalmasının nəticəsidir.

ÜST-nin məlumatına görə, xəstəlik yayılma dərəcəsinə görə ürək-damar, onkoloji və şəkərli diabet xəstəliklərindən sonra infeksiyasız xəstəliklər sırasında dördüncü yeri tutur. Statistikaya görə, dünyada 50 yaşdan sonra hər üç qadından və hər beş kişidən biri osteoporozdan əziyyət çəkir.

Başlanğıc mərhələdə osteoporoz qətiyyən özünü büruzə vermir, hətta onun başlanmasından on il keçəndən sonra da orqanizmdə gedən dəyişikliklərdən xəbər tutmaq olmur. Sümük kütləsinin əriməsi ağrıyla müşayiət olunmur, bəzən kürəyin aşağı hissəsində sızıltılar əmələ gəlir.

Osteoporozun profilaktikası üçün, ilk növbədə, artıq çəkidən xilas olmaq lazımdır. Pəhriz gözlənilməli, duzlu və ətli qidalar minimuma endirilməlidir.

İnkişaf edən osteoporozu dərmanla sağaltmaq mümkün deyil. ÜST dünyanın bütün ölkələrinin həkimlərini xəstəliyin profilaktikası ilə məşğul olmağa çağırır. Məhz profilaktik tədbirlər vasitəsilə insan orqanizmindəki sümük toxumasının zəifləməsini ləngitmək mümkündür.

Sümüklərinizin möhkəmliyini yoxlamaq üçün rentgen, destimetriya, eləcə də qanda D vitamini, fosfor, kalsium analizlərini yoxlama lazımdır. /medicina.az

Xəbər 1633 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +