İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.12.2020  20:27 

“Vaksinasiyanın başlanması ilə cinayətlər xeyli artacaq” - İnterpol rəhbəri





A+  A-

İnterpolun baş katibi Yürgen Ştok koronavirusa qarşı peyvənd tədarükü zamanı cinayət fəaliyyətinin artacağını proqnozlaşdırıb.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə “Wirtschaftswoche” nəşrinə açıqlamasında bildirib.

“Peyvənd 2021-ci ilin maye qızıldır. Gələn il paylanacaq ən qiymətli şeydir. Mafiya və digər cinayətkar təşkilatlar artıq buna hazırlaşıblar. Vaksinasiyanın başlanması ilə cinayətlər xeyli artacaq. Oğurluqlar, saxlanc yerlərinin qarət edilməsi, peyvənd dozaları daşıyan nəqliyyat vasitələrinə hücumların şahidi olacağıq, qiymətli materiallara daha tez çatmaq üçün bir çox yerdə iri korrupsiyalaşma olacaq. Qeyd edim ki, hələ vaksinlər qeydə alınmadan cinayətkarlar saxta peyvəndlər yayırdılar”, - o deyib.

Ştokun sözlərinə görə, koronavirus pandemiyası ümumilikdə cinayətkarlara yeni imkanlar yaradıb və “cinayət pandemiyası” ilə nəticələnib.

"Uzun polis karyeramda belə fenomen görməmişəm: virus Asiyadan bütün qitələrə yayılır və bunun ardınca kriminal dalğası, belə dəsək, paralel cinayət pandemiyası başlayır. Cinayətkar qruplar ilk dəqiqələrdən COVID-19 sayəsində necə varlana biləcəkləri barədə düşünməyə başladılar. Məsələn, saxta dərmanlardan əvvəl onlar saxta dezinfeksiyaedicilərə, guya antiviral olan dərmanlara və aşağı dərəcəli qoruyuculuq qabiliyyəti olan maskalara keçdilər. Martda istehsalat piratlığına qarşı 90 ölkənin fəaliyyətini koordinasiya etməyə başladıqdan sonra bu günə qədər 15 milyon ABŞ dollar dəyərində saxta qoruyucu tibbi materiallar müəyyən etmişik”, - o söyləyib.

Xəbər 1158 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +