İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


24.03.2020  17:43 

Bişkekdə komendant saatı tətbiq ediləcək





A+  A-

Qırğızıstan paytaxtının komendantı, respublikanın Daxili İşlər nazirinin müavini Almazbek Orozaliyev Bişkekdə komendant saatının tətbiq olunduğunu elan edib.
XəzərNews.az-ın TASS-a istinadən verdiyi məlumata görə, A. Orozaliyev bildirib ki, martın 25-də səhər saat 08:00-dan (Bakı vaxtı ilə səhər saat 6-dan) etibarən komendant saatı qüvvəyə minəcək.

Onun sözlərinə görə, vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətinə qoyulan qadağa Qırğızıstan Prezidenti tərəfindən Bişkekdə elan edilmiş fövqəladə vəziyyət çərçivəsində səhər saat 07:00-dək (Bakı vaxtı ilə 07:00-dək) davam edəcək.

A. Orozaliyev hazırda Bişkekdə olan ölkənin digər bölgələrinin sakinlərinə paytaxtı tərk etməyə çağırıb, əks təqdirdə rejimi pozanlara qarşı "qanuni tədbirlər" görüləcək. Komendant saatı müddəti üçün həkimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbçilər də daxil olmaqla vətəndaşların müəyyən kateqoriyalarına xüsusi pasportlar veriləcək.

Xəbər 1338 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +