Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


04.02.2020  11:32 

“Rayondakılar adam deyil, yoxsa sahibkar deyil?!” – Deputatdan banklara ETİRAZ





A+  A-

Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edərkən, bank sektorunu sərt tənqid edib. Ölkə başçısı bu sektorda istehlak kreditlərinin üstün olduğunu, real sektora diqqət ayrılmadığına diqqət çəkərək, banklara xəbərdarlıq edib və güzəşt olmayacağını bildirib.
XəzərNews.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, ölkə başçısı daim öz çıxışlarında bank sektorunun sağlamlaşdırılması məsələsini diqqətdə saxlayıb:

“Hələ 2016-cı ildəki çıxışında bildirmişdi ki, “Azərbaycan iqtisadiyyatına ən çox zərər vuran banklardır”. Ölkə rəhbəri hər dəfə hökumətin hesabatı keçiriləndə bank sistemində olan neqativlərə toxunur.

Həqiqətən də bank sisteminin sağlamlaşdırılması ilə əlaqədar əlavə tədbirlər görülüb, dollarla olan kreditlər üçün 620 milyon manat vəsait cəlb olunub, Mərkəzi Bank uçot dərəcəsini 7 faizə salıb, amma kommersiya banklarında faiz dərəcələri aşağı salınmır. Çünki banklar yalnız öz mənfəətlərini güdürlər, nəninki vətəndaşların mənafeyini”.

Deputat deyib ki, Azərbaycanda yeni dövr başlanıb və hər kəs bunu nəzərə almalıdır:

“İqtisadiyyata təkan vermək, onu inkişaf etdirmək, yeni iş yerləri açmaq lazımdır. Bütün bunlar banklar vasitəsilə həyata keçirilməlidir. Banklar isə asan pul qazanmaq üçün istehlak kredilərinə üstünlük verirlər, real sektora vəsait qoymaq istəmirlər. Bank sistemi istər əhali, istər sahibkarlarla elə işləməlidir ki, insanların problemi olmasın”.

Rayon yerlərində olan girovların banklar tərəfindən qəbul edilməməsinə gəlincə, iqtisadçı bunun yolverilməz olduğunu qeyd edib:

“Banklar yalnız Bakıda olan əmlakın girov qoyulmasını istəyirlər. Niyə?! Rayondakılar adam deyil, yoxsa sahibkar deyil?! İnsanalrı bu dərəcədə narazı salmaq olmaz.

Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətində olan məsələlər Mərkəzi Banka qaytarıldı. Ümid edirik ki, bu sahədə problemlər həll olunacaq. Məsələ çox ciddidir və həll edilməlidir. Biznes kreidtlərinin artırılması üçün mütləq faiz dərəcələri aşağı salınmalıdır. Bankların hamısı istehlak kreditlərinə meylləniblər, kreditini verir, faizini alıb xərcləyir. Banklar yalnız istehlak kreditlərilə işləyəcək və real sektora vəsait qoymayacaqsa, iqtisadiyyat necə inkişaf edə bilər?!”

Xəbər 1410 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +