Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


23.01.2020  16:32 

Bakıda ən bahalı mənzillər bu ünvanlarda yerləşir





A+  A-

“Hazırda mənzil bazarında durğunluq müşahidə edilir”.
XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert, “Property" Qiymətləndirmə şirkətinin direktoru Pərviz Qulami bildirib.

O, eyni zamanda, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən satışı barədə elan verilən kirayə mənzillərin daşınmaz əmlak bazarına ciddi təsirlərinin gözlənilmədiyini deyib:

“Fond tərəfindən təklif edilən kirayə mənzillərin sayının məhdud olduğunu nəzərə alsaq, bunun bazara ciddi təsirləri olmayacaq. Çünki Bakıda cəmi iki nöqtədədir. Kirayə mənzillər bazara o halda təsir edə bilərdi ki, minlərlə ev alınardı. Tələbat artması ilə də mənzillərin qiymətinin qalxması baş verərdi.

Amma Fond tərəfindən cəmi bir neçə nöqtədə alışı həyata keçirilən mənzillər bazara təsir etmək gücündə deyil”.

Pərviz Qulami bazardakı durğunluğun növbəti aylarda da davam edəcəyinin proqnozlaşdırıldığını deyib:

“Hazırda bazarda passiv durğunluqdur. Bazarda canlanma əhalinin əlində nağd pul olduqda, ya da hansısa ərazidə söküntü işlərinə start verildikdə müşahidə edilir. Bu da İpoteka və Kredit Zəmanət Fondunun ipoteka üçün vəsait ayırmasından sonra mümkün ola bilər. Keçən ilin son 6-7 ayında bazarda sakitlik idi, çünki Fond vəsaitin hamısını kirayə mənzillərin alışına yönəltmişdi. Ona görə də ipotekaya ayrılan vəsaitlər az oldu. Bu da bazarda durğunluq yaratdı”.

Onun sözlərinə görə, qarşıdakı aylarda ipoteka kreditləşməsi üçün vəsait ayrılacaq:

“Hazırda yanvar ayının yekunlaşmasına baxmayaraq, hələ də ipoteka kreditləri verilmir. Amma bu yaxınlarda ipoteka kreditləşməsi üçün vəsait ayrılacağı gözlənilir. Bundan sonra müəyyən ərazilərdə bazarda canlanma yaranacaq ki, bu qiymətlərin nisbətən yüksəlməsinə səbəb olacaq. Onu da bildirim ki, qiymət artımı tələbat artan ərazilərdə alıcı aktivliyi olduğu təqdirdə baş verəcək”.

Ekspert bahalı mənzillərin təklif edildiyi ərazilərin adını da açıqlayıb:

“Ən bahalı mənzillər şəhərin mərkəzində yerləşir. Metronun “28 May”, “Sahil”, “İçərişəhər”, “Gənclik”, Nəriman Nərimanov” stansiyalarının ətrafındakı mənzillərin qiyməti kifayət qədər yüksəkdir. “Azadlıq”, “Həzi Aslanov” metrostansiyalarının yaxınlığında, “Xırdalan” ərazisində əvvəl sadaladıqlarımla müqayisədə nisbətən əlverişli qiymətlərə mənzil almaq mümkündür. Şəhərin mərkəzində mənzillərin 1 kvadratmetri 2 min manatdan yuxarı, 2500-2700 manatadır. Bunlar bahalı mənzillər hesab edilir”.

Xəbər 1520 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +