İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


28.02.2018  14:57 

Karateçilərimiz Avstriyaya yola düşür





A+  A-

Milli komandanın əsas və əvəzedici heyətinin bir neçə üzvü 2-4 mart tarixlərində Avstriyada Seria A turunirində iştirak edəcək.
Milli Karate Federasiyasından XəzərNews.az-a verilən məlumata görə, Dünya Karate Federasiyasının (WKF) Karate1 yarışlarından olan Zalsburq mərhələsində 8 idmançımız mübarizə aparacaq.

Qadınlardan Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), kişilərdən isə Rafiz Həsənov və Tural Ağalarzadə (ikisi də -67 kq), Samir Məmmədov (-75 kq), Ayxan Mamayev və Pənah Allahverdiyev (-84 kq) və Asiman Qurbanlı (+84 kq) tatamiyə çıxacaq.

Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov nüfuzlu turniri idarə edənlər arasında olacaq. Avstriyanın Zalsburq şəhərində Karate1 Seria A turnirinin medalları uğrunda 88 ölkədən 1597 idmançı yarışacaq.

Xəbər 1277 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +