Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


04.01.2018  12:05 

Alpinistlərlə bağlı yayılan xəbərlərə “Gilavar”dan MÜNASİBƏT





A+  A-

Quba rayonu istiqamətində itkin düşmüş "Gilavar" hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun əvvəlcədən müəyyən olunmuş xətdən kənar getmələri ilə bağlı fikirlər səsləndirilir.
Bildirilir ki, dağçılar icazəsiz gedib, hərəkət istiqaməti və planı barədə heç kəsə məlumat verməyiblər.

XəzərNews.az xəbər verir ki, “Gilavar” Hava-Ekstremal İdman klubu bu barədə yayılan məlumatlara aydınlıq gətirib.

Klub bildirib ki, səsləndirilən fikirlər doğru deyil: “Bu mümkün olacaq şey deyil, çünki bu ekspedisiya barədə 4 mərhələdən ibarət icazə alınır. Klubun və rəsmi orqanların xəbəri olur. Gedəcəkləri marşrut da öncədən müəyyənləşir, ancaq həyati təhlükə olarsa, dağda onlar başqa marşrutdan məcburi istifadə edə bilərlər”.

“Gilavar” ekstrim və idman klubu axtarışların dayandırılması və ya Qəbələdə dağçıların izinə rast gəlindiyi barədə əsassız xəbərlərin tirajlanmasından da narazıdır:

"Nəzərə almaq lazımdır ki, hər kəs bir xəbər gözləyir. Reytinq xətrinə belə fırıldaqlara yol atmaqla hazırda gözü yaşlı gözləyən nə qədər insanın hisləri ilə oynayırlar. Bəli, Qəbələdə axtarışlar edilib, ancaq heç bir izə rast gəlinməyib, üstəlik klubumuzdan heç kəs belə informasiya verməyib ki, Qəbələdə izlər var. Hazırda bu kimi hallarla kəskin mübarizə apara bilmirik, bu qədər insanın hislərindən öz reklamı üçün istifadə edənləri öz vicdanlarına buraxırıq, amma dağçılarımız sağ-salamat qayıdan kimi qeydə aldığımız bütün vaxtlarla bağlı müvafiq tədbirlər görüləcək".

Xatırladaq ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətinə hərəkət edərkən onlarla əlaqə kəsilib.

Xəbər 821 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +