Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu
Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib


23.06.2017  10:33 

“Minsk Qrupu yaratdıq, nə xeyri oldu? Hər şey Putinin əlindədir...”





A+  A-

Ukraynanın keçmiş prezidenti Leonid Kuçma Donbassdakı münaqişənin dayandırılması üçün “Normand dördlüyü” tərəfindən imzalanan protoklun yerinə yetirilməməsinin tək səbəbi olduğunu deyib-Putin.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, Kiyevdə keçirilən beynəlxalq forum zamanı çıxış edən Kuçma Minsk protokolunun əslində razılaşdırılmadığını bildirib. “Minskdə dörd dövlət başçısı görüşdü. Onlardan Merkel ən nüfuzlu siyasətçidir, sinəsini qabağa verib Ukraynanı müdafiə etdi. Olland, Putin, Poroşenko...Mən sizə sadə sual verirəm: protokolu niyə onlar yox, hətta bu müzakirələrdə iştirak etməyən adamlar imzaladılar? Niyə onlar mətbuatın qarşısına çıxıb birgə bəyanatla çıxış etmədilər? Ona görə ki, sənədin yerinə yetiriləcəyinə əmin deyildilər?”-Kuçma bildirib.

Keçmiş prezident xatırladıb ki, 1992-ci ildə onun da iştirakı ilə Qarabağa dair Minsk Qrupu yaradıldı, ancaq münaqişə həll olunmaq əvəzinə Dağlıq Qarabağdan başqa Azərbaycanın 20 faiz ərazisi də Ermənistan tərəfindən zəbt olundu.

“Bu gün danışırlar ki, gah formatı dəyişmək lazımdır, gah kimisə danışıqlara qoşmaq. Bundan nə çıxacaq axı? Gəlin Qafqaza baxaq, Moldovaya baxaq. Miqdardan heç nə asılı deyil. Hər şey ancaq bir adamdan asılıdır-Putindən. Avropalıların Rusiyanı güzəştə getməyə məcbur etmək üçün mexanizmləri varmı? Mən buna şübhə edirəm. Ticarət sanksiyaları tətbiq etdilər, Rusiyaya hansısa problemlər yaratdılar. Digər tərəfdən Rusiyanı məcbur etdilər ki, ixracını şaxələndirsin”-Kuçma bildirib.

Xəbər 990 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +