Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


28.03.2017  16:46 

Cari ildə iqtisadi dirçəlişdən danışa bilərikmi?





A+  A-

Ötən ilin yanvar-fevral ayları ilə müqaisədə cari ilin yanvar-fevral aylarında Ümumi Daxili Məhsulun 0,4% artımı qeydə alınıb. Bu artımı ümumi iqtisadi dirçəlişin başlanğıcı hesab etmək olarmı? İlk baxışda 0,4% həddində artım elə də böyük bir irəliləyiş deyil, lakin məsələyə bir qədər dərindən yanaşdıqda, belə bir artımın həqiqətən də iqtisadi dirçəlişin başlanğıcı olduğunu görmək mümkündür. Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəqəmlərə nəzər salaq. 2016-cı ilin yanvar-fevral aylarında Ümumi Daxili Məhsul 2015-ci ilin yanvar-fevral ayları ilə müqaisədə 3,2% azalmış, cari ilin iki ayı ərzində isə ÜMD 2016-cı ilin ilk iki ayı ilə müqaisədə 0,4% artmışdı. Deməli cari ilin iki ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqaisədə iqtisadiyyatda nəinki 0,4% artım baş verib, eyni zamanda ötən ilin əvvəlki iki ayında yaranmış 3,2% geriləmə də aradan qaldırılıb. Beləliklə, biz 2017-ci ilin yanvar-fevral aylarında baş vermiş bu artımın cəmisi 0,4% deyil, ümumilikdə 3,6% (3,2 +0,4) olduğunu görürük. Yəni cari ilin iki ayında sadəcə 0,4% artım əldə edilməyib, eyni zamanda keçən iliin iki ayı ərzində iqtisadiyyatda yaranmış 3,2% geriləmə də aradan qaldırılıb. Bu isə kifayət qədər yaxşı nəticədir və onu iqtisadiyyatda müsbət dəyişikliklərin başlanğıcı kimi dəyərləndirmək lazımdır.
Bu ilin yanvar-fevral aylarında demək olar ki, iqtisadiyyatın əksər sahələrində ötən ilin müvafiq dövrü ilə müqaisədə pozitiv nəticələr əldə olunub. Bir daha rəqəmlərə nəzər salaq. Ötən ilin ilk iki ayı ilə müqaisədə, 2017-ci ilin yanvar-fevral aylarında qeyri-neft Ümumi Daxili Məhsulu 2,3% artıb. Əgər nəzərə alsaq ki, 2016-cı ilin ilin yanvar-fevral aylarında 2015 ci ilin müvafiq dövrü ilə müqaisədə bu göstərici üzrə geriləmə 5,5% olub, deməli qeyri-neft ÜDM-da cari ilin iki ayı ərzindəki artımı 2,3% deyil, 7,8% (2,3 + 5,5) səviyyəsində dəyərləndirilməlidir. Hesabat ilinin iki ayı ərzində qeyri-neft sənayesi 5,0%, əsaslı kapital qoyluşu 5,7%, kənd təsərrüfatı məhsullarının istehsalı 3,2% (o cümlədən bitkiçilik məhsullarının istehsalı 28,8%), yükdaşımaların həcmi 4,4% artmışdı. Ümumi xarici ticarət dövriyyəsində ötən ilin yanvar ayında qeydə alınmış geriləmə cari ilin yanvar ayında 2,6%-ə qədər azalmış, həmin dövrdə qeyri-neft sektorundan ixracın həcmi 49,5% artmışdı.

Bütövlükdə cari ilin ilk iki ayının nəticələri onu deməyə əsas verir ki, 2015-ci ilin sonlarından başlayaraq hökumətin start verdiyi iqtisadi islahatlar artıq öz nəticələrini verməyə başlayır.


Fikrət Yusifov
Iqtisad elmləri doktoru, professor


Xəbər 4288 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +