Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


07.03.2017  11:57 

Qiymətlər elan olunduğundan da baha çıxacaq - ƏDV-li hesablama





A+  A-

Xəbər verdiyimiz kimi, Tarif (qiymət) Şurası Dövlət İmtahan Mərkəzinin müraciəti və təkliflərini nəzərə alaraq 9 qrup üzrə imtahanların qiymətini müəyyənləşdirib. Qiymət imyahanın növündən asılı olaraq 10-100 manat arasında dəyişir.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, təhsil eksperti Kamran Əsədov isə bildirib ki, DİM-in müəyyən etdiyi imtahan qiymətləri hələ ƏDV xaric qiymətdir:

“Bildiyiniz kimi, Azərbaycan ərazisində müəyyən xidmət müəssisələri xidmət haqqına ƏDV-ni (əlavə dəyər vergisi) daxil etmirlər. Bu da həmən xidmət haqqının 18 faizidir. Deməli DİM-in müəyyən etdiyi imtahan qiymətlərinin üstünə 18 faiz ƏDV gələcək. Bundan başqa, imtahan iştirakçıları imtahanda iştirak məqsədilə ödəmə kartı əldə etmək üçün müvafiq mobil operatorların sms nömrələrinə boş sms göndərib bunu yerinə yetirəcəklər ki, bu məbləğ də müəyyən edilmiş imtahan qiymətlərinə daxil deyil. Bu da qiyməti artıran hallardır. Sonra nəticələri öyrənmək üçün də yenə də müvafiq sms nömrələrə sms yollayacaqlar ki, bu da imtahan qiymətlərinə baxsaq heç də kiçik məbləğ olmayacaq. Deməli, müəyyən edilmiş imtahan qiymətləri son rəqəm deyil. Hələ buna qeyd etdiyim xidmət haqları da əlavə olunacaq. TQDK əvvəllər qeyd edib ki, bir iddiaçının bir imtahanda iştirak etməsi onlara 25 manata başa gəlir. Ondan sonra qeyd etdilər ki, onların məqsədi pul qazanmaq deyil. Amma elan olunmuş imtahan qiyməti bunların ikisini də inkar edir”.



Eksperti qeyd edib ki, dünyanın heç bir ölkəsində ali məktəblərə qəbul imtahanlarının qiyməti bu insanların orta əmək haqqı ilə bu qədər tərs mütənasib deyil:

“Bu insanları kütləvi şəkildə təhsildən məhrum etmə ilə nəticələnə bilər. Nəzərə alsaq ki, Azərbaycanda minimum əmək haqqı 116 manat təşkil edir, deməli müəyyən edilmiş imtahan qiyməti çox böyük rəqəmdir.

Məsələn: ABŞ-da orta əmək haqqı 2500 dollar təşkil edir və onlarda imtahan qiyməti 35 dollar təşkil edir. Türkiyədə orta əmək haqqı aylıq 2 min TL təşkil edir və imtahan qiyməti təhsil pilləsinə görə 55 və 35 TL-dir.

Kamran Əsədov açıqlanan imtahan qiymətləri və ƏDV artırılandan sonra olan real qiymətlərlə bağlı kiçik hesablama da aparıb:

20 manat olan imtahan qiyməti ƏDV ilə 23.6 azn;

40 manat olan imtahan qiyməti ƏDV ilə 47.2 azn;

50 manat olan imtahan qiyməti ƏDV ilə 59 azn;

60 manat olan imtahan qiyməti ƏDV ilə 70.8 azn;

100 manat olan imtahan qiyməti ƏDV ilə 118 azn.

Xəbər 2029 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +