03.02.2017 11:11
Şirvan Mərkəzi Xəstəxanasının baş həkimi Fərhad Səfərovla adıçəkilən şəhərin icra başçısı Mərdan Camalov arasında soyuq münasibətlərin olması barədə bəzi məlumatlar yayılmaqdadır. Hətta, bu münasibətlər o səviyyəyə çatıb ki, idialara görə, artıq icra başçısı baş həkimin yerinə namizəd də tapıb. Digər məlumata görə, baş həkimin işindən uzaqlaşdırılması məsələsinin gündəmə gətirilməsi onun komaya düşməsinə səbəb olub.
XəzərNews.az bildirir ki, Modern.az saytı yayılan məlumatların nə dərəcədə həqiqətə uyğun oduğunu araşdırmaq üçün rayon rəhbərliyi ilə əlaqə saxlayıb.
Şirvan Mərkəzi Xəstəxanası baş həkiminin müavini Əfsər Novruzov deyib ki, baş həkim gələn həftədən işdə olacaq.
“Fərhad Səfərov yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Amma o, komaya düşməyib. Sadəcə, Bakı Sağlamlıq Mərkəzində 10 günlük müalicə alır. Qeyd edim ki, baş həkim barəsində həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Gələn həftədən etibarən Fərhad Səfərov işinin başında olacaq”.
Şirvan şəhəri icra başçısının müavini Samid Abiyev də yayılan məlumatlara aydınlıq gətirib.
“Neçə gündür ki, bu məsələ ilə bağlı bizə zənglər olur. Halbuki, bəzi mətbuat səhifələrində yazılanlar doğru deyil. Yanlış məlumat yaymaqla ictimaiyyət arasında çaşqınlıq yaratdığına görə həmin jurnalist məhkəməyə verilib”.
|
16.06.2024 19:26
16.06.2024 18:49
16.06.2024 17:23
15.06.2024 18:31
15.06.2024 18:28
15.06.2024 18:23
14.06.2024 23:45
14.06.2024 15:44
14.06.2024 15:33
14.06.2024 12:38
13.06.2024 16:58
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
13.06.2024 15:55
13.06.2024 15:11
12.06.2024 20:05
12.06.2024 20:01
12.06.2024 19:22
Onlar canlı ifada sıfırdırlar -Teymur Əmrahdan qalmaqallı açıqlama
12.06.2024 11:39
11.06.2024 23:09
11.06.2024 19:06
11.06.2024 18:19
11.06.2024 17:04
11.06.2024 16:29
11.06.2024 16:23
Hitit izini araşdırın və Anadolunun ilk imperiyasının qədim xəzinələrini kəşf edin -Fotolar
10.06.2024 19:32
10.06.2024 18:27
10.06.2024 17:24
10.06.2024 13:38
10.06.2024 12:40
10.06.2024 11:48
10.06.2024 11:43
09.06.2024 18:10
09.06.2024 10:34