Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


30.09.2023  13:32 

Prezident Kley Mourini qəbul edib





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mourini qəbul edib.

Xəzərnews.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin əhəmiyyətinə toxunaraq, bu tədbirə ev sahibliyi etməsi üçün ölkəmizin seçilməsinə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Konqresin Azərbaycanda yüksək səviyyədə təşkili üçün böyük hazırlıq işlərinin görüldüyünü vurğuladı.

Dövlətimizin başçısı xeyli sayda qonağın iştirak edəcəyi bu tədbirin Azərbaycan ilə daha yaxından tanış olmaq və gələcək əməkdaşlıq planlarının müəyyənləşdirilməsi baxımından önəmli olduğunu qeyd etdi.

Kley Mouri Azərbaycana gəlməkdən məmnunluğunu bildirərək, 74-cü Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə keçirilməsinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi, Azərbaycanın Konqresə hazırlığını yüksək qiymətləndirdi.

Konqresin əhəmiyyətinə toxunan qonaq burada 100-dən artıq ölkədən 5 mindən çox nümayəndənin iştirakını tədbirə verilən önəmin göstəricisi kimi dəyərləndirdi. Qeyd etdi ki, bu tədbir indiyədək keçirilmiş digər konqreslərlə müqayisədə iştirakçıların sayı və tərkibi baxımından eyni səviyyədədir, hətta bəzi göstəricilərə görə onlardan da üstündür.

Beynəlxalq Astronavtika Federasiyasının prezidenti bildirdi ki, bu tədbir təqdim ediləcək elmi məqalələrin sayına görə də ən önəmli konqreslərdən biri olacaq. Belə ki, Konqresə 3600-dək elmi məqalə təqdim ediləcək.

Bu tədbir çərçivəsində BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin və Beynəlxalq Astronavtika Federasiyasının birgə təşkilatçılığı ilə “Sosial və iqtisadi faydalar naminə kosmik texnologiyalar” adlı seminarın və Kosmik Nəsil Məşvərət Şurasının Kosmik Nəsil Konqresinin də keçirildiyi bildirildi.

Söhbət zamanı Bakı şəhərinin və Konqres Mərkəzinin bu mötəbər beynəlxalq tədbirə yüksək səviyyədə hazırlığı xüsusi qeyd olundu

Xəbər 784 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +