Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


11.05.2023  11:53 

“Oba market” əhalini belə zəhərləyir – FOTO/FAKT





A+  A-

TvPress.Az internet qəzetinin əməkdaşlarından biri “Veysəloğlu” MMC-yə daxil olan “Oba” marketlər şəbəkəsinin Bakı şəhəri, Yeni Salyan şossesində, Jurnalistlər binasının həyətində yerləşən mağazasından “ELHAY MMC”-nin istehsalı olan “Şafran” markası adı altında satılan 2 paket yulaf yarması alıb. Yarmanı evdə südlü sıyıq kimi hazırlamaq istəyərkən yeməyin üzərində çox sayda qurdların olduğunu görüb. Daha sonra paketə göz gəzdirəndə paketin içindəki yarmanın içində də xeyli canlı qurdların hərəkət etdiyini görüb. Əməkdaşımız bunu foto və video formada qeydə alıb.

Qəribədir ki, istehsalçı ( “ELHAY MMC”) Xırdalan şəhərində yerləşir, sifarişçi (“Oba Retail Chain” MMC) Sumqayıt şəhərində, satıcı isə (Oba market) Bakıda Bayıl zonasındadır.

Demək bu məhsul bu 3 şəhəri fırlanıb, satılmayıb qalıb deyə hər dəfə başqa marketinizə göndərirsiniz və qiymətini də bir az ucuz edib imkansız insanlara sırımağa çalışırsınız.

Əlbəttə bu bir neçə manatı itirməyə və belə xarab məhsulu zibilliyə artmağa heyfiniz gəlir, amma günahsız insanları, körpələri zəhərləməkdən çəkinmirsiniz.

Qeyd edək ki, son vaxtlar “Oba market” şəbəkəsi ilə bağlı şikayətlər və problemlərin ardı-arası kəsilmir. İşçilərin amansız istismarı, rəf qiymətləri ilə kassa qiymətləri arasında müştərilərin zərərinə ciddi qiymət fərqinin qoyulması, vaxtı keçmiş məhsulları yenidən paketləyərək yeni tarix vurulub satılması və bu kimi məsələlər mediada və sosial şəbəkələrdə dəfələrlə sərt tənqid olunsa da, şirkət rəhbərliyi bunları heç eyninə də almayıb, həmin qanunsuzluqları davam etdirməkdədir.

Son hadisə isə lap unikaldır. Şirkət o qədər arxayındır ki, Jurnalistlər binasının həyətindəki mağazasında -yüzlərlə jurnalistin gözü qarşısında və həmin xarab məshulları onlara sataraq hər gün bu tip qanunsuzluqları edir. Düşünürlər ki, media rəhbərlərinə etdikləri “hörmət”, verdikləri reklam səbəbindən onların bu cinayətlərini ortaya çıxaran olmayacaq. Xeyr cənablar, yanılırsınız, heç də bütün jurnalistlər, bütün media orqanları belə deyil. Bu məsələləri ortaya çıxaracaq cəsarəti özündə tapan və əhalini zəhərləmənizə qarşı mübarizə apara biləcək jurnalistlər də var.

Yaxşı, biz başa düşürük ki, bu ölkədə qida təhlükəsizliyi ilə məşğul olan orqan yoxdur.

Bu adda rəsmi və formal olaraq nəsə bir agentlik olsa da, onun faktiki olaraq yox olduğunu rahatca deyə bilərik. Lakin bu o demək deyil ki, siz bundan istifadə edib əhalini zəhərləməlisiniz və heç kim də səsini çıxarmayacaq. Hələ ki, vicdanlı jurnalistlər var və sizin bütün bu əməllərinizi ortaya qoyacağıq.

Bəsdirin, insanları aldatdınız, işçiləri minimum əməkhaqqına fasiləsiz istismar etdiniz, əhaliyə xarab və təhlükəli məhsul satdınız. Əhalinin yoxsul təbəqəsinə hər cür zir-zibili qida adına satıb daim gəlir əldə edəcəyinizi düşünürsünüzsə, yanılırsınız. Bir gün bu insanlar bezib sizi baykot edəcəklər və heç bir məhsul almayacaqlar.

Bu faktla bağlı materiallar tərəfimizdən məhkəməyə və müvafiq dövlət orqanlarına təqdim ediləcək. Əvvəl axır bütün bunlara görə cavab verməli olacaqsınız. Həm də təkcə siz yox, istehsalçı “ELHAY MMC” də.

Elçin Bayramlı





Xəbər 684 dəfə oxunub.




15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +