Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


07.04.2023  19:06 

Üçü birində “diplomatiya”, yaxud İranın cəsus, terrorçu “diplomat”ları





A+  A-

“İran” adlanan ölkənin diplomatlarının Azərbaycanda arzuolunmaz şəxs (persona-non-qrata) elan edilmələri molla rejiminin tarixində sıradan bir hadisə oluna bilər. Elə bir ölkə və zaman kəsiyi yoxdur ki, İranlı diplomatlarla bağlı qalmaqallar yaşanmasın.

Bununsa sadə bir səbəbi var: Terroru dövlət siyasətinin aparıcı xəttinə çevirən molla rejiminin xarici ölkələrdəki diplomatlarının böyük əksəriyyəti İran xüsusi xidmət orqanlarının əməkdaşları, muzdlu qatillər və terrorçulardır.

Dünyanın aparıcı antiterror və araşdırma mərkəzlərinin hesabatlarında İranın xarici işlər nazirliyi bu ölkənin xarici ölkələrdəki cəsuslarının əlaqələndimə mərkəzi olduğu vurğulanır və qeyd olunur ki, “diplomat” adı altında gizlənən kəşfiyyat orqanlarının əməkdaşlarının əsas fəaliyyət istiqamətləri terorçuları və təxribatçı qrupları təlimatlandırmaqdan ibarətdir. Maraqlı məqamlardan biri də İran xarici işlər nazirliyinin bu istiqamətdəki fəaliyyətinin SEPAH-ın Livandakı əməliyyat mərkəzi tərəfindən yönləndirilməsi və koordinə olunmasıdır.

Faktların bir qisminə nəzər salaq:

- 13 iyul 1989-cu il – Vena (Avstriya): İran səfirliyinin əməkdaşları rejimə müxalif olan 6 nəfəri qətlə yetiriblər.

17 mart 1992-ci il – İran diplomatlarının iştirakı ilə Buenos-Ayresdə, İsrail səfirliyi qarşsıında həyata keçirdiyi terror aksiyasında 29 nəfər ölüb, 252 nəfər isə yaralanıb.

1994-cü ildə İran diplomatları yenə də Buenos-Ayresdə yəhudi mərkəzinin partladılmasında iştirak ediblər.

16 may 2011-ci il – Pakistan: İran “diplomat”ları Səudiyyə Ərəbistanının diplomatı Hassan Al-Katanini qətlə yetiriblər.

29 sentyabr 2011-ci il – Vaşinqton: SEPAH-ın Səidiyyə Ərəbistanının səfirinə qarşı terror aksiyası hazırladığı aşkarlanıb və qarşısı alınıb.

13 fevral 2012-ci il – Hindistan: iRanın terorçu “diplomat”larının İsrail diplomatlarına qarşı həyata keçirdiyi terror aksiyası zamanı 4 nəfər yaralanıb.

14 fevral 2012-ci il – Tailand: SEPAH-ın “diplomat” adı altında gizlədilmiş üç terrorçusu İsrail diplomatlarına qarşı hazırladıqları terror aksiyasını partlayıcıların tez alışması səbəbindən gerçəkləşdirə bilməyiblər.

2013-cü il - Bosniya və Hersoqovina: İran səfirliyinin iki diplomatı cəsusluğa və terror qrupları ilə əlaqələrinə görə ölkədən qovulublar;

8 yanvar 2015-ci il – Uruqvay: İran səfirliyinin yüksək rütbəli diplomatı İsrail səfirliyi yaxınlığında terror aksiyası həyata keçirməyi planlaşdırdığına görə ölkədən qovulub.
Noyabr 2016-cı il: Keniya: İran səfirliyinin iki əməkdaşı və sürücüsü İsrail səfirliyinə qarşı terror aksiyası hazırladıqlarına görə həbs ediliblər.

2018-ci il: İranın Avstriyadakı səfirliyinin əməkdaşı Əsədulla Əsadi Vilpemt Konqres Mərkəzində partlayış təşkil etmək cəhdinə görə məsuliyyətə cəlb olunub.

İyun, 2018-ci il: İranın Amsterdamdakı iki diplomatı molla rejiminə qarşı çıxış edən miqranta qarşı terror aksiyası təşkil etdiklərinə görə saxlanılıblar...

...Düşünürəm ki, siyahını genişləndirməyə ehtiyac yoxdur. İranın xarici işlər nazirliyi bu ölkənin xarici ölkələrdəki cəsuslarının əlaqələndimə mərkəzi funksiyasını yerinə yetirirsə bu, İranlı diplomatların böyük əksəriyyətinin potensial terorçu olduğunu sübuta yetirir.

Cəsusluq fəaliyyətinə gəldikdə isə, bu zatən molla rejiminin “diplomat”larının boyuna biçilib. Yəni faəliyyətləri elə cəsusluqdan ibarətdir.

Elçin Mirzəbəyli

Xəbər 675 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +