Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


25.01.2023  15:42 

Bura Azərbaycandır: Burda ölmüş quşlar da qanad açıb uça bilir...





A+  A-

Aydın Kərimlini xatırlayırsınız? Özünüzü yormayın, yazıram. Aydın Kərimli “Bakı Metropoliteni”nin əməkdaşı olub. Onun haqqında ona görə keçmiş zamanda yazıram ki, artıq həyatda yoxdur. İki gün əvvəl təsərrüfat qatarını idarə edərkən iş başında dünyasını dəyişib...

Ölüm haqdır. Bir gün hamımız öləcəyik. Birimiz iş başında, birimiz bulaq başında. Amma mütləq öləcəyik. Alnımıza nə yazılıbsa, onu da görəcəyik...

Mən Aydın Kərimlini tanımırdım. Heç vaxt üzünü görməmişdim, görüşməmişdim. Amma onun ölümü məni yandırdı. İki gündür için-için yanıram.

Deyim niyə?

Aydın Kərimli 1958-ci ildə anadan olmuşdu. Bir ay, ay yarım sonra pensiyaya çıxacaqdı. Yüksək vəzifəsi, gəlirli işi olmadığına görə pensiyası az olacaqdı. Amma həyatda ilk dəfə işləmədən, bir çöpü yerdən götürmədən dövlətdən pul alacaqdı. 40-45 illik əmək stajının bəhrəsini görəcəkdi.

Görə bilmədi. Qəfil ölüm onu sevdiklərinin əlindən aldı. Bax, məni yandıran da budur. Bu ölkədə insanların çoxu pensiya yaşına çatmadan dünyadan köçürlər. 65 yaşa çatmaq hamıya nəsib olmur.

Səhv etmirəmsə, sovet dövründə kişilər üçün pensiya yaşı 60 olaraq müəyyənləşmişdi. Müstəqillik dövründə bunu 63 elədilər. Dövlət vəsaitinə qənaət siyasəti vüsət alandan sonra 65-ə qaldırdılar. Buna görə də mərhum Aydın kişiyə pensiya almaq qismət olmadı. Aramızda neçə nəfərə qismət olub-olmayacağını bir olan Allah bilir. Mənim bildiyim odur ki, Aydın Kərimli 60 yaşında pensiyaya çıxmış olsaydı, ən azı 4 il 11 ay pensiya almış olacaqdı...

Bu sətirləri klaviaturada döyəcləyəndə qarşıma bir xəbər çıxdı: Sən demə, keçmiş MTN "şef"i Eldar Mahmudov ayda 6 min manat pensiya alırmış. Bu həmin Eldar Mahmudovdur ki, işdən çıxandan sonra indi ləğv olunmuş MTN-nin 22 əməkdaşı cinayət məsuliyyətinə cəhd edilib. Onların arasında bir neçə general da var. Hətta bu yaxınlarda həmin generallardan birinin məhkəmədə ürəyi getmişdi. Ürəyi getməyinə baxmayın, o da həbsdən çıxan kimi Akif Çovdarovun yolu ilə gedəcək. Necə ki, Çovdarov dövlətdən və xalqdan çapıb-taladığı 30 milyon manatı geri qaytardı, hakim qarşısında şalvarını batıran həmin general da qaytaracaq. Bura Azərbaycandır. Burda ölmüş quşlar da qanad açıb uça bilir...

Həmkarım, qələm dostum Elçin Rüstəmlinin sayəsində bu gün öyrənmişəm ki, keçmiş MTN generalı Akif Çovdarovun 30 milyonluq əmlakının özünə qaytarılması başqa məmur kolleqalarını da həvəsləndirib. Sən demə, İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev, Rabitə Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalov iddia qaldırıb müsadirə olunan var-dövləti geri qaytarmağı tələb edirlər. Vidadi müəllimin 43 milyonluq əmlakına həbs qoyulub. Yəqin ki, tezliklə o da 43 milyonuna qovuşar. Yazdım axı, bura Azərbaycandır. Burda kasıb təqaüd yaşına çata bilmir, Eldar Mahmudov isə ayda 6 min manat pensiya alır.

Dünən canımızı alanlar, bu gün dövlətdən pensiya alır...

Seymur VERDİZADƏ
Yenisabah.az

Xəbər 600 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +