Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


20.12.2022  22:03 

Zahir Nəcəfovun şəhid olmasından 30 il ötür





A+  A-

O ağrı-acılı günlər heç vaxt yaddan çıxmaz. Bizdən torpaq payı uman xəbis qonşuların süngülərinə qəhrəmancasına sinə gərə-gərə neçə-neçə igidlər itirdik. Neçə zor biləkli Vətən oğlumamansız işğalçıya qarşı son anacan igidliklə vuruşdu, şəhid oldu...

Bu Vətən şəhidləri haqqında nə qədər yazılsa, azdır. Hər birinin qısa, şərəfli ömür yolu tariximizin qızıl səhifəsidir. Varaqladıqca qürur duyursan. Qürurlanırsan ki, tarixi qəhrəmanlığımız özümüzə qayıdır...

30 il öncə, 19 yaşındaykən ülvi, saf arzularını özüylə haqq dünyasına aparan, Vətən arzusunu çiçəkləndirən Zahir kimi...

Zahir Zülfüqar oğlu Nəcəfov 5 mart 1973-cü ildə Masallı rayonunun Ərkivan kəndində (indi qəsəbədir) anadan olub. Atası Zülfüqar kişi uzun müddət məhkəmə katibi işləyib. Zahir üç yaşında ikən anasını itirib.

1980-ci ildə Bədirli kənd orta məktəbinin birinci sinfinə gedən Zahir məktəbdə oxuduğu dövrdə müəllimlərin və sinif yoldaşlarının arasında nümunəvi davranışı ilə yadda qalıb.

1988-ci ildə Bədirli kənd orta məktəbinin səkkizinci sinfini, 1991-ci ildə Cəlilabad rayonu Prişib qəsəbə (indiki Göytəpə) 108 saylı Texniki-Peşə Məktəbini bitirib.

Bir müddət “Ərkivan” sovxozunda istehsalat işlərində çalışıb. 1992-ci il aprel ayının 20-də Masallı Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. DİN-nin daxili qoşunlarının tərkibində xidmət edən Zahir Ağdam rayonunun Yeddixırman, Canyataq, Gülyataq, Naxçivanik və Fərruxbəyli kəndlərində gedən döyüşlərdə igidlik göstərib, onlarla yaralı cəbhə yoldaşını döyüş meydanından çıxararaq həyatlarını xilas edib.

1992-ci il sentyabrın 25-də Ağdam rayonunun Fərruxdağ yüksəkliyində gedən döyüşlərdə düşmən snayperindən açılan atəş nəticəsində Zahir onurğasından ağır yaralanıb.

İlkin cərrahiyyə əməliyyatından sonra helikopterlə Bakıya Semaşko xəstəxanasına (indiki Musa Nağıyev adına xəstəxana) gətirilərək cərrahi əməliyyat olunub. Həkimlərin səyinə baxmayaq bir ay sonra – dekabrın 20-də Zahir Nəcəfov şəhidlik zirvəsinə yüksəlib.

Doğulduğu kənddə dəfn olunub.

Subay idi.

Vaxtilə təhsil aldığı Bədirli orta məktəbi Zahir Nəcəfovun adını daşıyır.

Akif AĞAYEV

Xəbər 767 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq


BÜTÜN XƏBƏRLƏR +