Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


31.10.2022  10:06 

Putinin qısqırtdığı ermənilər...





A+  A-

Bu fotoşəkilə günün fotosu yox, Putini sevindirən fotoşəkil desək, məncə, faktı daha düzgün ifadə etmiş olarıq. Mitinqi son vaxtlar can verməkdə olan, lakin son iki gündə Putinin "Valday"dakı təxribatçı və təhrikçi, qızışdırıcı çıxışından ilham alıb yenidən fəallaşan erməni separatçı qüvvələri təşkil ediblər.

Təşkilatçılar mitinqin izdihamlı görünməsi üçün dəridən-qabıqdan çıxıblar, qarşılarına çıxan hər kəsi, hətta "bomj"ları da meydana yığıblar.

Əlbəttə, bu görüntü Putinin istəyilə təşkil edilən bir görüntüdür. Fikir verirsinizsə, Xankəndidəki bu aksiya sabahkı Soçi görüşü ərəfəsində təşkil edilib. Bu dəst-xətt hamımıza dəhşətli dərəcədə tanış gələn bir dəst-xəttdir.

Kimin dəst-xəttidir?

Əlbəttə ki, Putinin.

Putin bu aksiyanı Rusiyanın Xankəndidəki nökərlərinin əli ilə liderlərin üçtərəfli görüşü ərəfəsində ona görə sifariş edib ki, bu faktdan həm Əliyevə, həm də Paşinyana qarşı psixoloji və siyasi təzyiq vasitəsi kimi istifadə etsin.

Putin bu görüntülərlə və bu cür məkrli üsulla hər iki liderə demək istəyir ki, Qarabağdakı ermənilər nə Ermənistanı, nə də Azərbaycanı yox, məhz Rusiyanın orda olmasını, "sülhməramlı"ların orda qalmasını istəyir.

Paşinyan ənənəvi erməni xislətinə malik olmaqla bərabər, üstəgəl, həm də xaraktercə qorxaq adamdır. Elə bu üzdən də hələ Soçiyə gedib çatmamış açıqlama verdi ki, "sülhməramlı"ların mandatının müddətinin uzadılması barədə sənədi imzalamağa hazırdır.

Paşinyanın bu açıqlaması Putinin nazı ilə oynamağa, onun könlünü almağa hesablanıb.

Paşinyandan fərqli olaraq İlham Əliyev isə nə Putinin, nədəki Paşinyanın özünün sərsəm açıqlamalarına heç bir reaksiya vermədi, təmkinini qorudu.

Amma sabah Soçidə üçtərəfli müzakirələrin olduqca gərgin keçəcəyi də şəksizdir. Sabah Putin Əliyevə maksimum dərəcədə təzyiq göstərməyə, onu hansısa güzəştlərə getməyə razı salmağa çalışacaq. Fahişə xislətli Nikol Paşinyan isə Putinə bu məsələdə kömək edəcək.

Bir sözlə, sabahkı görüş həlledici görüşdür, "olum ya ölüm" görüşüdür. Lakin İlham Əliyev də bu cür görüşlərdən itkisiz çıxmaq üçün kifayət qədər təcrübəlidir.

Azərbaycan nə "sülhməramlı"ların mandatının uzadılması məsələsində, nə də Zəngəzur dəhlizinin açılmasının əngəllənməsi məsələsində heç bir güzəştə getməyəcək. Eləcə də, Qarabağ ermənilərinə hər hansı bir statusun verilməsi məsələsi də müzakirə mövzusu ola bilməz.

Qoy, Putin və Paşinyan xəyallarla yaşamağa davam etsinlər!

Bəybala Mirzəyev


Xəbər 528 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +