Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


06.06.2022  11:55 

Nə qədər səmərəsiz layihələrlə dövlətə milyardlarla manat zərər vurulub?





A+  A-

Dövlət rəhbərliyi səviyyəsində istənilən qərar, bir qayda olaraq aşağıda oturan iri ranqlı məmurların təşəbbüsü ilə qaldırılaraq qəbul olunur. Bu idarəçiliyin normal bir formasıdır.

Lakin bizdə “iri ranqlı” məmurların böyük əksəriyyətinin korrupsiyaya bulaşması səbəbindən onların təşəbbüsü ilə qəbul edilən qərarların əksəriyətinin sonu da acınacaqlı olur. Bu söhbət kadrların seçilib təyin olunmasından tutmuş, fəaliyyəti ilə bir-birini təkrarlayan yeni idarəçilik qurumlarının yaradılmasına, ayrı-ayrı layihələrin reallaşdırılmasına qədər demək olar ki, hər sahəni əhatə edir.

Baxın, son illər ərzində kimlərinsə aşağıdan təşəbbüsü ilə yüksək vəzifələrə təyin olunub, sonradan həbs edilmiş və ya bir başqa formalarda cəzalandırılmış nə qədər rəhbər vəzifəli şəxslər var və ya nə qədər qurum təmtəraqla yaradıldıqdan az müddət sonra ləğv edilib?

Nə qədər layihələr səmərəsiz bir şəkildə reallaşdırılaraq dövlətə milyardlarla manat zərər vurulub?

Otuz il təminat verilmiş Bakı-Quba yolu üç ildən sonra dağılmağa başladı. Bu gün o yolun böyük bir hissəsi yenidən qurulur, yolun beton səthi sındırılaraq çıxarılır və asfalt üçün yeni özül yaradılır. Bütün bunlar ciddi xərclərdir və təbi ki, dövlət büdcəsinin vəsaitləri hesabına edilir. O yolu bu günə salan keçmiş Nəqliyyat naziri Ziya Məmmədov bu uğursuz layihəyə görə ən ağır cəzaya layiq olduğu halda (onun rəhbərliyi dövründə buna bənzər saysız-hesabsız layihələr reallaşdırılıb), vəzifədən getdikdən sonra nəvəsinə bir milyon dollar dəyərində oyuncaq avtomobil hədiyyə edib, bunu da həyasızcasına xalqa nümayiş etdirir.

Yəni bu cəmiyyətdə doğrudan da bütün ölçülər, bütün dəyərlər itibmi?

Başqa bir misal.

Bakını iflic edən “Formula 1” yarışlarıdır. Vaxtılə bir məmur bu təşəbbüslə ölkə rəhbərliyini inandırıb ki, belə bir yarışın illər uzunu Bakıda keçirilməsi bizə böyük dvidentdlər gətirəcək. Təşəbbüs yaxşıdır, ancaq onun paytaxtımızın göbəyində keçirilməsi nəticəsində bu şəhərdə onsuz da çox acınacaqlı vəziyyətdə olan nəqliyyatın hərəkətinin iflic ola biləcəyini nədənsə heç kim düşünməyib. Bu yarış təbi ki, Azərbaycana bəlli dividentdlər gətirir. Ancaq kimsə bu dividentlərlə insanların saatlarla tıxaclarda üzləşdikləri min bir əziyyəti, yollların bağlanması səbəbindən minlərlə ticarət obyektlərinin üzləşdiyi milyonlarla manat zərəri bir tərəziyə qoyub, müqaisə edə bilbmi?

Mən hələ bu yarışın təşkilinə çəkilən milyonlarla manat birbaşa xərclərdən söhbət etmirəm. Deyirlər bu təşəbbüsü ölkəyə keçmiş Gənclər və idman naziri Azad Rəhimov gətirib. Mən onu şəxsən həyatda yaxından tanımamışam. Ancaq onu tanıyanların hamısı bir ağızdan deyirlər ki, “yaxşı oğlan” idi. Bəs bu “yaxşı oğlan” özündən sonra belə bir mirasın ona nə qazandıracağını heç düşünə bilməmişdimi?

Nə isə bir məhşur kəlamda deyildiyi kimi: - biz düzələn zad deyilik!

Fikrət Yusifov

Xəbər 1719 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +