Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


23.05.2022  21:59 

Tost...





A+  A-

Təcrübəli diplomatlarımızdan biri, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan liderlərilə mayın 22-də keçirdiyi görüşdən sonra verdiyi açıqlamanı şərh edərkən deyib ki, Şarl Mişelin bəyanatı hansısa məcburi sənəd deyil, bir tostdur.

Sitat:
"Şarl Mişelin bütün görüş iştirakçıları adından danışması o deməkdir ki, Paşinyan həmişəki kimi bağlı qapı arxasında hamını özünün “yaxşı adam” olduğuna və müxalifətin ona maneçilik törətdiyinə inandırıb. Ona möhlət və pul verməyi xahiş edib... Sülh gündəminə sadiqlik nümayişi və işğaldan azad edilmiş ərazilərin bərpasında Avropa İttifaqından kömək almaq ehtimalından başqa bizim üçün praktiki nəticə görmürəm”.

Maraqlıdır, hörmətli Tofiq müəllim dünənki görüşdən bu qeyd etdiklərindən başqa daha nə(ləri) gözləyirdi ki?

Birbaşa sülh müqaviləsinimi? Yoxsa sərhədlərin bir anın içində delimitasiya və demarkasiya edilməsinimi?

Axı bu cür fundamental məsələlər bir görüşdə həll oluna, nöqtələnə bilməz. Bununçün ön hazırlıqlar görülməli, alt yapı hazırlanmalıdır.

Həmin ön hazırlıqlar isə ötən Brüssel görüşündən (6 aprel 2022) indiyə qədər Ermənistanın ucbatından təxirə salınır.

Müqəssir kimdir?

Paşinyan?

İlk baxışdan elə görünür.

Ancaq əsl günahkar isə kulis arxasında gizlənən Rusiyadır.

Putin şəxsən Brüssel razılaşmalarını sabotaj edir.

Buna Şarl Mişel neyləsin?

Adam dünənki görüş zamanı Paşinyanın yaxasından yapışıb onu silkələməliydimi? "Ay əclaf, ötən görüşümüzdə verdiyin vədləri niyə yerinə yetirmirsən?" deyə onu Paşinyanı şillələməliydi?

Axı Şarl Mişel Putinin tayı deyil və Putin kimi "ayı" siyasəti də yeritmir.

Putindən fərqli olaraq Şarl Mişel Paşinyanın dizindən və ya biləyindən yapışıb qəzəbli şəkildə sıxacaq (M.Saakaşvilinin ifadəsi) biri də deyil.

Şarl Mişel mədəni və kübar insandır, peşəkar diplomatdır. O, erməni baş nazirə barbar üsullarla təsir və təzyiq göstərib onu zorla nəyəsə məcbur etmək üsuluna əsla əl atmaz.

Ş.Mişelin Putin kimi topu-topxanası da yoxdur ki, Paşinyanı hədələsin.

Hamıya gün kimi aydındır ki, məsələ Paşinyanlıq deyil. Paşinyandan olsa, o Moskva, Soçi, Brüssel razılaşmalarını çoxdan yerinə yetirər, Azərbaycanla yekun sülh sazişini də canla-başla imzalayardı. Çünki o, bu sülhün Ermənistan üçün hava-su kimi vacib olduğunu bəlkə də hamıdan yaxşı dərk edir.

Lakin Paşinyan Kremlin görünən və görünməyən təzyiqləri qarşısında aciz qalıb. Putin müxtəlif vasitələrlə, o cümlədən Kremlin buyuruq qulları olan "üç müşketyor"un - Robert Köçəryan, Serj Sərkisyan və Artur Vanetsyanın rəhbərlik etdiyi rusiyayönlü, revanşist müxalifətin vasitəsilə təzyiq göstərməklə Paşinyanın bütün sülh təşəbbüslərini sıfırlayır.

Axı hər kəsə məlumdur ki, Paşinyan Putinə "dur!" deyəcək iradəyə, ona qarşı çıxa biləcək gücə sahib deyil.

Əgər bu gün Avropa İttifaqının hərbi qanadı sayılan NATO ölkələri 90 günə yaxındır Ukraynanı qan gölünə döndərən Rusiyanı hələ də dayandırmağı bacarmırlarsa, böyük siyasətin kiçik "peşka"sı olan Nikol Paşinyan Putinin təzyiqləri qarşısında təkbaşına necə duruş gətirə bilər?

Ona görə də biz dünənki Brüssel görüşünün nəticələrinə həddindən artıq münasibətdə maksimalist davranmamalı, birdən-birə çox şey istəməməliyik. Əsas odur ki, dünənki görüş nəticəsində proses "ölü" nöqtədən tərpəndi və bu gün həmin görüşün ilk nəticələri artıq ortadadır.

Belə ki, bu gün həm Azərbaycan, həm də Ermənistan hökumətləri sərhədlərin delimitasiyası üzrə komissiya yaratdılar. Bunun özü artıq çox ciddi irəliləyiş deməkdir. Və bu proses get-gedə daha da sürətlənəcək.

Çox güman ki, putinlər, lavrovlar artıq bu prosesi əngəlləyə bilməyəcəklər.

Düzdür, yenə də hədə-qorxular olacaq, təzyiqlər göstəriləcək və cürbəcür təxribatlar da törədəcəklər. Lakin bütün hallarda prosesin qarşısını ala bilməyəcəklər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu gün dərhal erməni həmkarı Ararat Mirzoyana zəng edib, ondan Paşinyanın dünənki Brüssel görüşündə nələrə razılıq verməsi barədə hesabat istəməsi də az öncə qeyd etdiyim təzyiqlərin bir formasıdır. Çünki bunlar imperiya xislətindən heç cürə əl çəkə, Azərbaycanla Ermənistanın yaxasını rahat buraxa bilmirlər. Amma günün birində buraxmalı olacaqlar.

Ona görə də belə zənglərə, hədələrə fikir vermək lazım deyil. Yalnız irəli baxmaq lazımdır. İnanın ki, gün gələcək tost demək anı da yetişəcək. Pessimizmə qapılmamalıyıq.

Bəybala Mirzəyev

Xəbər 6511 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq


BÜTÜN XƏBƏRLƏR +