Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


12.08.2021  12:23 

Niyaz Niftiyev aclığa başlamasının səbəblərini açıqladı - Təcridxanadan məktub





A+  A-

Məlum olduğu kimi, Bakı İstintaq Təcridxanasında saxlanılan Binəqədi bələdiyyəsinin sədri, tanınmış jurnalist Niyaz Niftiyev məhkəmə proseslərində qarşılaşdığı haqsızlığa etiraz olaraq aclıq aksiyasına başlayıb.
O, bu aksiyaya başlamasının səbəblərini vəkili vasitəsilə göndərdiyi qısa məktubda açıqlayıb.

XəzərNews.az həmin məktubu təqdim edir:

“Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə mənim və qeyrilərinin barəsində olan cinayət işinin məhkəmə istintaqı yekunlaşıb. Məhkəmə iclaslarında şahid qismində dindirilmiş şahidlərin 15-i məişət tullantılarının daşınmasına görə Bələdiyyənin inzibati binasında yığımı həyata keçirən “Karat-60” MMC-nin əməkdaşlarına 3-18 manat civarında pul ödədiklərini, əvəzində kassa mədaxil qəbzlərini aldıqlarını, arayış alarkən heç kimə rüşvət vermədiklərini, onlardan əlavə pul tələb olunmadığını bildirmişlər.

Digər şahidlər isə ümumiyyətlə, arayışa görə borcları olmadığından heç bir vəsait ödəmədiklərini bildirmişlər. Mənim sədrlik etdiyim 07 aprel 2020-14 aprel 2020-ci ilə qədər verilən 3 arayışın yalnız 2-nə görə hər birindən 6 aylıq tullantılara görə 18 manat olmaqla, cəmi 36 manat pul alınmışdır. Bunlardan sonra dövlət ittihamçısı Cövdət Mehrəliyev barəmdə cəza tələb etməkdən imtina etdiyinə görə ağır cəza tələb edən digər ittihamçı prokurorla əvəz edilmişdir. Xatırladım ki, cinayət işinin istintaqını aparan 3 müstəntiq dəyişdirilmişdir. Bununla Baş Prokurorluq barəmdə bəraət hökmünün çıxarılmasına mane olmaq və məni həbsdə saxlamaq niyyətini göstərir. Mənə qarşı olan bu haqsızlıqa etiraz əlaməti olaraq 10.08.2021-ci tarixdən aclıq aksiyasına başlamışam.

Niyaz Niftiyev,
10.08.2021, Bakı İstintaq Təcridxanası”



Xatırladaq ki, N. Niftiyev saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülmüşdü. Lakin istintaqın gedişatında bu ittihamlar öz təsdiqini tapa bilmədiyindən və ya bu maddələrlə onun həbsinin uzadılması mümkün olmadığından ittiham maddələri dəyişdirilib. Bu dəfə ona Azərbaycan Respublikası CM-nin 309.1, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

Lakin məhkəmə istintaqı dövründə bu maddələr üzrə ittihamlar da öz təsdiqini tapmayıb. Məhkəmədə ifadə verən şahidlər, həmçinin, bələdiyyənin keçmiş sədri Mətanət Nəsibov və işdə adı keçən digər vəzifəli şəxslər də Niyaz Niftiyevin xeyrinə ifadə veriblər və bununla da ona qarşı irəli sürülən ittihamların əsassızlığını isbat ediblər.

N. Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub, Preziden İlham Əliyev tərfindən “Tərəqqi” medalı ilə təltif olinub. Bir neçə elmi kitabın müəllifidir.

O, Mətbuat Şurası İdarə Heyətinin üzvüdür.


Xəbər 2124 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +