Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


12.06.2020  14:21 

İki günlük qadağada qazsız qalmaq istəmirsizsə...





A+  A-

Nazirlər Kabinetinin 9 iyun 2020-ci il tarixli qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək məhdudiyyətlər tətbiq ediləcək. Bir çox sahələrdə fəaliyyət dayandırılsa da, kommunal xidmətlər, o cümlədən qaz təsərrüfatı istisna edilən sahələrdəndir.
XəzərNews.az-ın məlumatına görə, “Azəriqaz” İstehsalat Birliyi abonentlərinin nəzərinə çatdırır ki, 14 və 16 iyun tarixlərində hər hansı bir problemlə üzləşərlərsə, Birliyin 104/185 saylı “Çağrı Mərkəzi”nə zəng etsinlər. Eyni zamanda (+994 77) 3 104 104 "Whatsapp" nömrəsinə səsli, görüntülü və yaxud yazılı mesajlarını göndərsinlər. Birlik sərt karantin rejiminin tətbiq olunduğu günlərdə məhdud sayda işçilərlə fəaliyyət göstərməsinə baxmayaraq, çalışacaq ki, müraciətlərin icrasını vaxtında və qüsursuz təmin etsin.

“Azəriqaz” İstehsalat Birliyi olaraq smart-kart tipli sayğaclardan istifadə edən abonentlərdən xahiş olunur ki, sayğaclarının istifadə olunmayan qalıq qaz həcmini nəzərdən keçirsinlər. Əgər iki gün sərt karantin vaxtında bu qalıq qaz həcmi onların təlabatını ödəməyəcəksə, mütləq 14 iyun tarixinə qədər balansı artırsınlar. Çünki 14 və 16 iyun tarixlərində hər hansı ödəniş məntəqəsi işləməyəcək və bu halda qazsız qalmanız qaçılmazdır.

Qeyd edək ki, ötən həftə əvvəlcədən xəbərdarlığa baxmayaraq, iyunun 6-sı və 7-də belə hallar müşahidə edilib. Ona görə də smart-kart tipli sayğaclardan istifadə edən abonentlərə tədbirli davranmaları tövsiyyə edilir. Bunun üçün smart-kartlarına müəyyən qədər ehtiyat məbləğ yükləmələri məsləhət görülür. Eyni zamanda kart oxuyucu (card-reader) cihazı olan abonentlər asanlıqla onlayn ödəmə portalları vasitəsilə ödənişi həyata keçirə bilərlər.

Xəbər 1206 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +