Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


13.03.2019  12:37 

Maşını xaricə aparıb 2 ilə ölkəyə qaytarmaq tələbi ləğv olunur





A+  A-

İnzibati Xətalar Məcəlləsində fiziki şəxslərin avtonəqliyyat vasitələrini xaricə aparıb iki il müddətində ölkəyə geri qaytarmaq tələbinin ləğv edilməsi təklif edilir.
XəzərNews.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək. Bu barədə jurnalistlərə məlumat verən Dövlət Gömrük Komitəsinin gömrük tariflərinin tənzimlənməsi və ödənişlər baş idarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov qeyd edib ki, məcəlləyə dəyişiklik bu il müddətində aparılacaq: " İnzibati Xətalat məcəlləsində bununla bağlı iki il müddət nəzərdə tutulub. Qeyd edim ki, bu gün Azərbaycanda 1 milyondan çox avtonəqliyyat vasitəsi var. İnsanlara daha sərbəst yaşam və hərəkət imkanı yaratmaq lazımdır. Bu məsələ geniş müzakirə mövzusu oldu. Məsələn, əgər maşının dəyəri 50 min manatdırsa, niyə də 50-100 faiz cərimə ödənilməlidir? Bu faizlərlə əlavə maşın almaq olar. İnzibati Xətalar Məcəlləsinə ediləcək yeni təkliflərdə isə bu müddətsiz olacaq".

Xəbər 1127 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +