Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


07.09.2018  17:01 

Bakıda axund oğrunu “iş başında” yaxaladı - VİDEO





A+  A-

Məscidlərin nəzir qutusundan oğurluq edən gənc hadisə yerində yaxalanıb.
XəzərNews.az “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, oğrunu tutmaqda polislərə yardım edən isə Yasamal rayonu ərazisindəki məscidlərdən birinin axundu olub.

28-ci polis bölməsinin əməkdaşları gələnə kimi din xadimi oğrunu dirəyə bağlayıb, daha sonra videoya çəkib. Kadrlardan göründüyü kimi axund oğrunu “alçaq”, oğru isə cavabında axundu “xəbərçi” adlandırır. Əsəbiləşən axund gəncin ayağına təpiklə zərbə endirir.

İlkin məlumata görə, özünü polislərə Mirzəyev Anar kimi təqdim edən şübhəli nəzir qutusundan 100 manatdan çox pul oğurlayıb.

O, ifadəsində 1985-ci il təvəllüdlü olduğunu və Gəncədə yaşadığını bildirib. Polislər gəncin Sumqayıtdakı məscidlərdən birində də analoji oğurluq törətdiyini aşkara çıxarıblar.


Xəbər 1397 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq


BÜTÜN XƏBƏRLƏR +