Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


10.04.2018  11:19 

Bank müdiri müalicə üçün yığılan pulu da oğurlayıbmış





A+  A-

Bir milyon manatdan çox pul ilə ölkədən qaçarkən saxlanılan bank müdiri Cəlil Əlizadə barəsində yeni iddialar ortaya çıxıb.
XəzərNews.az-ın məlumatına görə, Gəncə şəhər sakini Ayfər Abbasova “Qafqazinfo”ya müraciət edərək bildirib ki, “Beynəlxalq Bank”ın Gəncə filialının “Yeni Gəncə” şöbəsinin rəhbəri olan C.Əlizadə onun qızının müalicəsi üçün toplanan 14 min dolları mənimsəyib: “Qızım Fatimə Əmiraslanova Beta Talassemiya xəstəliyindən əziyyət çəkir. Onun üçün xeyriyyə kampaniyaları keçirildi və müxtəlif banklarda açılan hesablara yardım edildi. Ümumi olaraq 24 min dollar yığıldı, qızımın əməliyyatına isə 150 min dollar lazım idi”.

A.Abbasova qeyd edib ki, həkim işləyən bacısı vasitəsilə C.Əlizadəni tanıyıb: “Bacım Cəlilə qızımın əməliyyatı ilə bağlı danışıb. Bir neçə gün sonra Cəlil mənə zəng edib devalvasiyaya görə manatın öldüyünü dedi və pulu dollara çevirib banka yüksək faizlə əmanət qoymağı təklif etdi. Mən də pul artsın deyə razılaşdım, ona 24 min dollar verdim. Bir müddət sonra donor axtarışına görə 10 min dollar ondan alıb bank hesabıma qoydum. Qalan 14 min dolları isə dəfələrlə istəsək də Cəlil hər dəfə bir bəhanə uydurub vermədi. Axırıncı dəfə dedi ki, filan tarixdə görüşüb pulunu verəcəyəm. Həmin gün nə qədər zəng etdik, onun nömrəsinə zəng çatmadı. Banka gedəndə öyrəndik ki, bir milyon pulla arvadı ilə birgə ölkədən qaçarkən tutulub. Cəlil hələ Gəncəyə gətirilməyib. Amma onunla birgə qaçan arvadı Aygül Qurbanova hazırda məktəbdə dərs deyir və işə çıxır. Qızımın müalicəsi üçün yardım edənlər də məndən hesabat tələb edir, nə onlara, nə də qızıma cavab verə bilirəm”.

Qeyd edək ki, C. Əlizadənin, eyni zamanda banka qoyulan depozitləri oğurladığı, müxtəlif şəxslərin adına kreditlər rəsmiləşdirərək ələ keçirdiyi haqda məlumatlar var.O, iki ay əvvəl öz ərizəsi ilə işdən azad olunub.

Xəbər 1858 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +