Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


08.02.2018  09:17 

Nazirlik təqvimdə dəyişiklik etdi - Seçkilərə görə





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi “2018-ci il üçün iş vaxtının norması”nda və “2018-ci ilin istehsalat təqvimi”ndə dəyişikliklər edib.
XəzərNews.az xəbər verir ki, prezidentin “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Kollegiyasının 07 fevral 2018-ci il tarixli 3 nömrəli qərarı ilə “2018-ci il üçün iş vaxtının norması”nda və “2018-ci ilin istehsalat təqvimi”ndə müvafiq dəyişikliklər edilib.

Bu barədə Nazirlyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.
E.Babayev bildirib ki, qərara əsasən, “2018-ci il üçün iş vaxtının norması”nda dördüncü abzasın üçüncü, dördüncü və beşinci cümlələri və beşinci abzas çıxarılıb və yeni abzas əlavə edilib. Həmin abzasda qeyd olunub ki, “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli Sərəncamına və “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunması barədə” Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 2018-ci il 6 fevral tarixli 1/1 nömrəli Qərarına əsasən 2018-ci il aprelin 11-i növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri günü kimi nəzərə alınır”.

Şöbə müdiri qeyd edib ki, qərarla həmçinin “2018-ci ilin istehsalat təqvimi”ndə aprel və oktyabr ayları üzrə aylıq iş vaxtı normasına aid hissələrdə müvafiq olaraq “168” rəqəmi “159” rəqəmi ilə, “175” rəqəmi “184” rəqəmi ilə, II və IV rüblər üzrə rüblük iş vaxtı normasına aid hissələrdə müvafiq olaraq “469” rəqəmi “460” rəqəmi ilə, “502” rəqəmi isə “511” rəqəmi ilə əvəz edilib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli əlavələrdə edilən dəyişikliklər Nazirliyin rəsmi internet səhifəsindəki “İstehsalat təqvimi” bölməsində də yerləşdirilib”.


Xəbər 1454 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +