Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


19.12.2017  16:36 

I vitse-prezidentin köməkçisindən gənclərə ÇAĞIRIŞ





A+  A-

"Azərbaycanda gənclər siyasəti sahəsində aparılan işləri əlaqələndirmək və effektivliyi təmin etmək üçün Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsi yaradılıb”.
XəzərNews.az-ın məlumatına görə, bunu Gənclər Təşkilatlarının III Milli Konqresində çıxışı zamanı Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev bildirib.

Y. Məmmədəliyev deyib ki, PA Gənclər siyasəti və idman məsələləri şöbəsi qısa müddətdə 100-dən artıq gənclər təşkilatlarının nümayəndələri ilə görüş keçirib, regionlarda gənclərlə fikir mübadiləsi aparıb: "Bu görüşlər zamanı regionlar üzrə ixtisaslaşan gənclər təşkilatlarının formalaşdırılması, ekspert bankının yaradılması, layihələrinin innovativ hazırlanması məsələləri müzakirə olunub”.

Şöbə müdiri qeyd edib ki, Azərbaycan regionun siyasi, iqtisadi və hərbi lideridir: "Gənclər təşkilatları birbaşa gənclərlə ünsiyyətdə olmalı, onların problemlərini nəzərə almalı, bu istiqamətdə layihələr həyata keçirilməlidir. Gənclər təşkilatlarında önəmli məsələlərdən biri də gənclərin təmsilçiliyidir. Gənclər təşkilatlarında qərar qəbul etmə prosesində məhz gənclər təmsil olunmalıdır. Bu, gələcək kadrların formalaşdırılması üçün vacibdir”.

Y. Məmmədəliyev nəzərə çatdırıb ki, gələn il Azərbaycan üçün vacib hadisələr gözlənilir: "Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü, prezident seçkiləri və EXPO-25 üçün Bakının namizədliyinin təsdiqlənməsi bu sıradadır. Gənclər təşkilatlarının bu proseslərdə aktiv iştirak etməsi mütləqdir. Gəncləri dövlətçilik prinsiplərini əsas tutmağa çağırırıq”.

Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev də 2018-ci ildə gənclər təşkilatlarını, gəncləri aktiv olmağa çağırıb: "Altı il əvvəl bu gün Gənclər Fondu yaradılıb. Bu Fond gənclər təşkilatlarına ötən müddət ərzində böyük dəstək verib. Bu günə qədər Gənclər Fondunun dəstəyi ilə respublika üzrə 4 minə yaxın layihə icra olunub. Növbəti il maraqlı il olacaq. Gənclər təşkilatlarını daha məsuliyyətli layihələr həyata keçirməyə çağırıram. Gənclər Fondunun saytında 300 gənclər təşkilatı qeydiyyatdadır, ancaq bu təşkilatların hamısı aktiv deyil. Biz həmin gənclər təşkilatlarına kömək etməyə hazırıq”.

Xəbər 849 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq


BÜTÜN XƏBƏRLƏR +