Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


25.08.2017  11:06 

Qanunsuz ova görə 73 nəfər saxlanılıb





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, respublika ərazisində çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir.
Nazirlikddən XəzərNews.az-a daxil olan xəbərə görə, 2017-ci ilin 7 ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 73 vətəndaş saxlanılaraq onlardan 66 ov tüfəngi, 172 patron, 18 ədəd quş və 4 baş heyvan götürülüb.

Qanun pozucuları barəsində protokollar tərtib edilərək 64 nəfərə 62600 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub, 9 fakt üzrə isə təqsirkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.

Eyni zamanda cari ilin ötən dövrü ərzində keçirilən reydlər zamanı Ağstafa rayonu “Yaşıl Göl” istirahət mərkəzində 1 baş qonur ayının, Xaçmaz rayonu “Çənlibel” istirahət mərkəzində 2 baş Dağıstan turunun, Füzuli rayonu “Qarabağ” istirahət mərkəzində 2 baş qonur ayının və 3 baş ceyranın, Şamaxı rayonu “Sevinc” istirahət mərkəzində 2 ədəd şahin və 1 ədəd qırqovul quşlarının, Quba rayonunda 1 ədəd qırğı quşunun, Xəzər rayonu Mərdəkan bağ massivində isə 3 ədəd şahin quşunun qanunsuz olaraq təbiətdən götürüldüyü və saxlanıldığı aşkar edilib.

Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilərək hər biri inzibati qaydada 500 manat məbləğində cərimə olunub, vəhşi quş və heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

Xəbər 940 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +