Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


06.06.2017  19:25 

Azərbaycan-Rusiya sərhədində əməliyyat - 29 şəxs tutuldu





A+  A-

Azərbaycan və Rusiya daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, mayın 29-dan iyunun 4-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində “Sərhəd” şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində birgə kompleks təşkilati-praktiki tədbirlərin, həmçinin sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icrasının yerinə yetirilməsi olub.

Rusiya Federasiyası Dağıstan Respublikasının sərhədyanı bölgələrini və ölkəmizin Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 29 şəxs, o cümlədən Rusiya Federasiyası tərəfindən axtarılan 13 nəfər tutulub, itkin düşmüş hesab olunan 3 nəfərin yeri müəyyənləşdirilib, dövlətə borclu qismində axtarılan 56 nəfər saxlanılıb.

Qanunsuz saxlanılan 8 avtomat silahı, 13 tapança, 66 yivli və yivsiz tüfəng, 53 ədəd əl qumbarası, 25 ədəd silah sandıqçası, 29 ədəd müxtəlif hərbi ləvazimat və sursat, 7145 ədəd müxtəlif çaplı patron götürülüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqədar 15 fakt aşkar olunub və nəticədə 600 qram marixuana qanunsuz dövriyyədən çıxarılıb, ümumi çəkisi 10 ton 306 kiloqram olan 39 min 396 ədəd çətənə kolu məhv edilib.

Bundan başqa, tədbirlər zamanı sərhədyanı rayonların ərazisində törədilən 16 müxtəlif cinayətin açılması da təmin edilib.

Ümumən insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin hər iki dövlətin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunmaqla gerçəkləşdirilən belə birgə kompleks əməliyyat-axtarış tədbirlərinin gələcəkdə də keçirilməsi planlaşdırılır.

Xəbər 886 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +