İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


25.10.2022  11:05 

Buraxılış imtahanında olacaq dəyişikliklər açıqlandı





A+  A-

Dövlət İmtahan Mərkəzi (DİM) 2022-2023-cü tədris ilində ümumi (9 illik) orta təhsil səviyyəsində təşkil olunan buraxılış imtahanında xarici dillər üzrə şagirdlərin bilik və bacarıqlarını yoxlayan test tapşırıqlarının forma və məzmununda gözlənilən dəyişikliklərin detallarını açıqlayıb.

XəzərNews.az xəbər verir ki, DİM-dən Yenisabah.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dəyişikliklərə əsasən, 2022-2023-cü tədris ili üzrə ümumi (9 illik) orta təhsil səviyyəsində təşkil olunan buraxılış imtahanında ümumi dil biliyini yoxlayan qapalı tipli sualların sayı 12-yə azaldılır.

Qeyd edilib ki, şagirdlərə dinləyib-anlama bloku üzrə bir mətn və mətnə əsasən 4 qapalı tipli test tapşırığı təqdim olunur:

“Dinləmə mətnlərində söz sayı 140-150-dir və təqdim olunan mətnlərin mövzuları orta məktəb dərsliklərində qeyd olunan mövzulara uyğundur.

Oxuyub-anlama bloku üzrə şagirdlərə birinci hissədə bir neçə cümlədən ibarət 3 kiçik mətn və hər mətnə aid bir qapalı tipli (çoxseçimli) test tapşırığı təqdim olunur. İkinci hissədə isə əvvəlki illərdə olduğu kimi publisistik üslubda 150-170 sözdən ibarət bir mətn və mətnə aid 4 qapalı (çoxseçimli) və 1 açıq tipli (seçim) sual təqdim olunur. İki hissədən ibarət oxu tapşırıqlarının təqdim olunmasında əsas məqsəd şagirdlərin xarici dil səviyyələrinə uyğun olaraq fərqli test tapşırıqları vasitəsilə onların bilik və bacarıqlarını qiymətləndirməkdir”.

“Yazılı cavab tələb edən açıq suallar şagirdlərin bilik və bacarığını 5 balla qiymətləndirən hekayə tipli yazı tapşırığı ilə əvəz olunur. Bu blokda şagirdlərə üç ədəd ardıcıl nömrələnmiş şəkil və onları yönləndirəcək açar sözlər də təqdim olunur və şəkillər əsasında minimum 5 cümlədən ibarət hekayə qurmaq tələb olunur. Yazı tapşırığı meyarlara əsasən yoxlanılır. Burada tapşırığının şərtinin yerinə yetirilməsi vacibdir. Bundan başqa birləşdirici vasitələrdən istifadə etməklə ardıcıllıq və məntiqi rabitəni gözləmək, qrammatik və leksik qaydalara əməl etməklə yazı tapşırığını yerinə yetirmək tələb olunur”, - rəsmi məlumatda vurğulanıb.

Xəbər 462 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +