Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


23.08.2022  15:39 

Sürücülərin kabusu - “Zerkalnı Əliyar” kimdir?





A+  A-

Avqustun 20-si Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində nəqliyyat axınının əksinə hərəkət edən və digər nəqliyyat vasitələrinə təhlükəli vəziyyət yaradan “Toyota Prado” markalı avtomobilin görüntüləri yayılıb.

Ön hissəsindən nömrə nişanı sökülmüş 10 MM 100 dövlət qeydiyyat nişanlı avtomobil 75-80 yaşlı Əliyar adlı şəxsə məxsusdur. O, əhali arasında “Zerkalnı Əliyar” adı ilə tanınır. Əvvəllər də dəfələrlə qəza şəraiti yaradan, bir neçə dəfə qəza törədən və cərimə edilən avtomobilin sürücüsünün ahıl şəxs olması cəmiyyətdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, videoda görüntülənən avtomobilin sürücüsü əvvəllər dəfələrlə məsuliyyətə cəlb edilib. O, intizamsız sürücü kimi tanınan 77 yaşlı Dadaşov Əliyar Ələkbər oğludur: “Bu ilin 20 iyun tarixində o, eyni əmələ görə 4 bal və 100 manat cərimə edilib. Daha sonra, avqustun 20-si bu əməli təkrar edib. Təəssüflə qeyd etməliyəm ki, müəyyən qayda pozuntuları var ki, misal üçün qarşı yola çıxıb nəqliyyatın axınına qarşı hərəkət etmək cəriməsi 100 manat və 4 baldır, lakin bu əməllər təkrar edildikdə daha ağır cərimə növü tətbiq edilmir, çünki qanunvericilikdə nəzərdə tutulmayıb. Belə ki, qanunvericiliyimizdə bu cür qanun pozuntularını il ərzində təkrarlayan şəxslə bağlı daha ağır sanksiya yoxdur.

Göründüyü kimi, görüntüdəki şəxs iyun ayında və avqust ayında eyni əməli təkrar etsə də, hər dəfə eyni cəzanı alıb: 100 manat və 4 cərimə balı. Birbaşa yol hərəkəti üçün ciddi təhlükə və təhdid yaradan qayda pozuntuları il ərzində təkrarlanırsa, ikinci dəfə törədildikdə sürücülük hüququnun məhdudlaşdırılması qanunvericiliyimizdə nəzərdə tutulsaydı, bu daha ədalətli və effektli olardı. Belə sürücülər də düşünməzdi ki, cərimə ödəməklə məsələ bitir. Məsələn, qırmızı işıqda keçənlərlə də bağlı belə olmalıdır. İl ərzində 3 dəfə təkrar olunursa, hər dəfə 3 bal 60 manat cərimə edilir. Halbuki digər ölkələrdə belə qayda pozuntuları ilə bağlı qanunvericilikdə daha sərt tədbirlər nəzərdə tutulur. Ümumilikdə nəqliyyat axınına qarşı törədilmiş qayda pozuntularını törətmiş şəxs və nəqliyyat vasitələri ilə bağlı təkrarçılıq halları ilə bağlı qanunvericiliyimizdə dəyişikliklərin edilməsinə ehtiyac var.

Ölkəmizdə müəyyən cəzalar yüngülləşdirilib, bu, təqdirəlayiqdir. Amma elə inzibati xətalar var ki, onların qarşısının alınması üçün məsuliyyət dərinləşməlidir. Bu proses həm ədalətli olmalı, həm də qanunun aliliyi prinsiplərinə zidd olmamaqla real vəziyyətə mahiyyəti üzrə qiymət verilməsi üçün tutarlı olmalıdır!”

Qeyd edək ki, cəmiyyətdə “Zerkalnı Əliyar” adı ilə tanınan 77 yaşlı sürücü ilə bağlı çoxsaylı fikirlər dolaşmaqdadır. Bir çox sürücü onun avtomobilini gördükdə özlərini sığortalamaq istəyir, yolun kənarına çəkilərək təhlükədən uzaq olmağa çalışırlar.

Xəbər 1029 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +