Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


17.12.2021  18:48 

Mahir Xəttabın anası Prezidentə müraciət edib





A+  A-

Həbsdə olan jurnalist Mahir Ələkbərovun (Mahir Xəttab) anası Nazilə Ələkbərova Prezident İlham Əliyev və birinci xanım, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib.

XəzərNews.az xəbər verir ki, Nazilə Ələkbərova müraciətində oğlu Mahir Ələkbərovun azadinfo.az saytının təsisçisi və direktoru vəzifəsində çalışdığını bildirib:
“10 sentyabr 2021-ci il tarixində Ələkbərov Mahir Məmmədhəsən oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi üzrə cinayət işi açılıb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə məhkəmə prosesi davam etdirilir”.

N.Ələkbərovanın sözlərinə görə, Mahir Ələkbərov 8 ilə yaxın müddətdir media fəaliyyəti ilə məşğuldur:

“Fəaliyyəti dövründə daim cənab Prezidentin ölkədə apardığı uğurlu daxili və xarici siyasəti dəstəkləyib, Vətən müharibəsi dövründə jurnalist kimi media sahəsinə böyük töhfələr verib. Hər zaman ölkə rəhbərinin apardığı siyasi mövqeyi dəstəkləyib. Belə mövqeyi azadinfo.az saytında yerləşdirilən məqalə və informasiyalarda görə bilərsiniz.

Mən Mahir Ələkbərov ilə birlikdə yaşayıram. Mərhum yoldaşım Ələkbərov Məmmədhəsən Səməd oğlu Əfqanıstanda xidmət edib, Əfqanistan müharibəsinin veteranı olub, həmçinin 1993-cü ildə Qarabağ döyüşlərində də könüllü olaraq iştirak edib.

Özüm isə ürək və şəkər xəstəliyindən əziyyət çəkirəm. Oğlumun həbsdə qalması tək mənim həyat və sağlamlığımın deyil, oğlumun yüksək təzyiqli olması səbəbindən həyatının təhlükə altında qalması ilə nəticələnəcəkdir. Mənim bütün maddi və mənəvi ehtiyaclarım oğlum tərəfindən qarşılanırdı. Yuxarıda göstərilənləri nəzərə alaraq, oğlum Ələkbərov Mahir Məmmədhəsən oğlunun həbsdən azad olunmasına köməklik göstərilməsini xahiş edirəm”.

Nazilə Ələkbərova bildirib ki, YAP-ın Binəqədi təşkilatının keçmiş rəhbəri Ramiz Göyüşov ooğuna şər atıb:

“Oğlum Ramiz Göyüşova hədə-qorxu gəlməyib. Bununla bağlı işdə heç bir fakt yoxdur. Belə olan halda oğlumun əməlində də cinayət tərkibi yoxdur. Bütün bunların nəzərə alınmasını xahiş edirəm”.

Qeyd edək ki, Mahir Ələkbərov (Xəttab) sentyabrın 9-da axşam saatlarında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sabiq sədri Ramiz Göyüşovdan 2000 (iki min) manat almaqda təqsirləndirilir.

Mahir Ələkbərov Cinayət Məcəlləsinin 182.1-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilir.

Mahir Ələkbərovun işinə Bakı şəhəri Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılır.

Xəbər 1014 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +