Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


06.08.2021  19:46 

Sumqayıtda havanı çirkləndirən müəssisələr cəzalandırıldı





A+  A-

“Sumqayıt şəhərində havada tüstünün, xoşagəlməz qoxunun qeydə alınması, atmosferin çirklənməsi son zamanlar vaxtaşırı müşahidə edilir. Bu səbəbdən, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Sumqayıt şəhərinin müxtəlif ərazilərində yerləşən müəssisələrdə təkcə bu həftə ərzində 3 dəfə monitorinq keçirilib, müasir cihazlarla havanın tərkibi yoxlanılıb”.
XəzərNews.az xəbər verir ki, bunu Xidmət rəisi Hikmət Əlizadə bildirib. Onun sözlərinə görə, əvvəlki günlər keçirilən monitorinqlər zamanı göstəricilər norma daxilində olsa da, 5 avqust 2021-ci il tarixində gecə saatlarında mütəxəssislər tərəfindən keçirilən monitorinqlər zamanı Sumqayıt Kimya Sənaye Parkı ərazisində fəaliyyət göstərən “Baku Non Ferrous and Foundry Company” MMC və H.Z.Tağıyev adına qəsəbədə fəaliyyət göstərən yağ zavodundan atmosferə normadan artıq hidrogen-sulfidin atıldığı müəyyən edilib.

“Faktla bağlı hər iki müəssisə barəsində akt və protokol tərtib olunub və onların hüquqi şəxs qismində 10 500 manatdan 12 500 manatadək cərimələnmələri üçün toplanmış sənədlər Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Digər bir neçə müəssisədə də günün müxtəlif saatlarında, eyni zamanda, gecə saatlarında monitorinqlər keçirildi və nəticələr norma daxilində müəyyən olundu”.

Xidmət rəsmisi Sumqayıt məişət tullantılarının idarə olunması poliqonun istismarı prosesindəki pozuntulara da toxunub: “Sumqayıtda havanın çirklənməsinin əsas mənbəyi Sumqayıt məişət tullantılarının idarə olunması poliqonudur. Buna görə, poliqonun idarə edilməsinə cavabdeh “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC tərəfimizdən dəfələrlə cərimə olunub, onlara məcburi göstərişlər verilib. 2020-ci ildə 6800 manat, 2021-ci ilin 7 ayı ərzində isə 4800 manat məbləğində cərimə tətbiq edilib. Lakin edilən cərimələrə baxmayaraq, problem hələ də həllini tapmır. Bu gecə poliqon ərazisində yenidən monitorinq aparıldı və müəyyən olundu ki, orada yanğın baş verməsə belə, yenə də dəm qazının, hidrogen-sulfidin miqdarı normadan dəfələrlə artıq olması, tullantı kütləsinin tüstülənməsi şəhər ərazisində xoşagəlməz iy-qoxunun yayılmasına səbəb olur”.

Xidmət rəsmisi qeyd edib ki, istehsalat müəssisələrində, böyük fabriklərin fəaliyyətində, xüsusən kimyəvi maddələrin istifadəsi zamanı gedən proseslərdə ətraf mühitə mənfi təsirlər olur. Bu cür müəssisələr fəaliyyətə başlamamışdan öncə Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən rəy alır, ətraf mühitə təsiri qiymətləndirilir, ətraf mühitə yol verilə biləcək hədd müəyyənləşdirilir. Lakin həmin müəssisələr yol verilən həddən artıq ətraf mühitə təsir etdikdə tərəfimizdən onlar barəsində müvafiq cərimələr və digər sanksiyalar tətbiq edilir.

H.Əlizadə istehsalat müəssisələrinə xəbərdarlıq edərək bildirib ki, öz fəaliyyətlərini ekspertiza rəylərinə uyğun qursunlar. Əks halda, bu müəssisələr barəsində qanunamüvafiq tədbirlər görüləcək.

Xəbər 1960 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +