Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


04.06.2021  17:32 

Jurnalistlərin Həmkarlar İttifaqından beynəlxalq təşkilatlara müraciət





A+  A-

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) xidməti fəaliyyətini yerinə yetirərkən həlak olan jurnalistlərlə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
XəzərNews.az xəbər verir ki, müraciətdə deyilir:

“Təəssüf hissi ilə bildiririk ki, 2021-ci il iyun ayının 4-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (“AZƏRTAC”) müxbiri Məhərrəm İbrahimov və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) operatoru Sirac Abışov peşə fəaliyyətlərini yerinə yetirərkən həlak olublar. Hadisə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda, Ermənistan işğalından yenicə azad edilmiş ərazidə mina partlayışı səbəbindən baş verib.

Məlumat üçün bildiririk ki, İkinci Qarabağ Müharibəsinin başa çatmasından, Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən 10 noyabr 2020-ci il tarixdə üçtərəfli bəyanatın imzalanmasından sonra bənzər təxribat halları dəfələrlə baş verib. Ermənistan tərəfindən vaxtilə ərazidə yerləşdirilmiş müxtəlif növ minalar və digər partlayıcı qurğular indiyədək onlarla insanın həyatına son qoyub, yaralanmalarına səbəb olub. Məhərrəm İbrahimovun və Sirac Abışovun həyatlarını itirmələri ilə nəticələnmiş faciəli hadisə minalanmış ərazilər probleminin jurnalist fəaliyyətinə də maneçilik törətdiyinin, məhdudiyyət yaratdığının, peşəni əsl təhlükəyə çevirdiyinin bariz göstəricisidir. Nəzərə alaq ki, hər iki media orqanının əməkdaşı Kəlbəcər rayonuna məhz xidməti vəzifələrini həyata keçirmək üçün getmişdilər.

Ermənistan Respublikası minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. Bu, nəinki həmin ərazilərdə jurnalist yaradıcılığını məhdudlaşdırır, eyni zamanda Ermənistanın işğalı nəticəsində zorla doğma yurdlarından ayrı düşmüş məcburi köçkün ailələrinin geri qaytarılmasına da imkan vermir. Beləliklə həm cəmiyyətin informasiya ilə təminatı, həm də insanların öz evlərində yaşamaq hüququ pozulur.

Jurnalistlərin Həmkarlar İttifaqı Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) operatoru Sirac Abışovun həyatlarını itirmələri ilə nəticələnmiş faciəli hadisədən bir daha kədərləndiyini bildirir.

Biz jurnalistlər Ermənistanın insan hüquq və azadlıqlarına zidd əməlindən əl çəkməsini, minalı ərazilər üzrə xəritələri təqdim etməsini istəyirik.

Biz xaricdəki həmkarlarımızı bu fakta ciddi reaksiya verməyə, Ermənistan Respublikasına minalanmış ərazilərin xəritələrini vermək üçün təzyiq göstərməyə çağırırıq”.

Qeyd edək ki, müraciət Beynəlxalq Jurnalistlər Federasiyası (İFJ), Beynəlxalq Söz Azadlığı Mübadiləsi (İFEX), “Sərhədsiz Reportyorlar” (RSF), Jurnalistləri Müdafiə Komitəsi (CPJ), ARTICLE 19, Beynəlxalq Media Dəstəyi (İMS), Beynəlxalq Mətbuat İnstitutu (İPİ) və Avropa Jurnalistlər Federasiyasına (EFJ) ünvanlanıb.



Xəbər 2439 dəfə oxunub.




12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb


BÜTÜN XƏBƏRLƏR +