Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


09.12.2020  17:52 

XTQ-nin igid əsgəri, xalqımızın şəhid oğlu Cahid Tağızadə - FOTOLAR





A+  A-

Azərbaycanda Prezident fərmanı ilə Anım və Zəfər günləri təsis edildi. Bundan sonra hər ilin 27 sentyabr tarixi Anım, 8 noyabr tarixi isə Zəfər günü kimi qeyd olunacaq. Məlum olduğu kimi, işğal olunmuş torpaqlarımızın təxminən 5 min kvadratkilometrdən çoxu məhz döyüş meydanında azad edildi. Eləcə də 5 min kvadratkilometri kapitulyasiya sənədi əsasında boşaldıldı. Bu xatırlatmanı verməkdə məqsədimiz yaxın tarixi yenidən təkrarlamaq deyil. Bu günlərimizin memarı olan oğullarımızı – şəhidlərimizi, qazilərimizi yad etmək, onların xatirəsini, xətrini əziz tutmaq bizim mənəvi borcumuzdur. Bu yazıda da Vətən Müharibəsi şəhidlərimizdən birindən – Cahid Tağızadədən bəhs edəcəyik.
XəzərNews.az xəbər verir ki, Tağızadə Cahid Vahid oğlu 1988-ci il 12 fevralda Bərdə şəhərinin Mirzalıbəylı kəndində anadan olub. 2008-ci ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətdə olub.

Cahid hələ uşaq yaşlarından hərbiyə maraq göstərib. Elə bu maraq da onu 2009-2010 illərdə “Gizir hazırlığı kursu”na aparıb. Kursu uğurla başa vuraraq gizir hərbi rütbəsi alıb. Bundan sonra Bərdə şəhərində Daxili Qoşunlarda hərbi xidmətə başlayıb.
2012-ci ildən Zaqatala şəhərində xidmətinə davam edib. Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində xidmət edib. Dəzgahlı qumbaraatan komandiri olub. Rəhbərlik Cahiddəki potensialı dəyərləndirərək onun 2013-cü ildə Türkiyənin Eğirdir Isparta Dağ Komanda okulunda DAĞCI komanda kursunda iştirakını təmin edib. O, həmin kursları da müvəffəqiyyətlə bitirərək Vətənə dönüb.

Qüsursuz xidmətinə görə dəfələrlə medal və mükafatlarla təltif olunub. Sonralar xidmətinə məşhur 052 saylı hərbi hissədə davam edən Tağızadə Cahid xüsusi dağ təlimlərində iştirak edib. Xidmət ərzində sərgilədiyi misilsiz dözüm, iradə, bacarıq, güc Cahidin Vətən Müharibəsində də ayrılmaz yol yoldaşı olub. Qızğın döyüşlər başlayan ilk günlərdən ön cəbhədə olub. Murovdağ uğrunda döyüşlərdə, Füzuli uğrunda gedən kəskin müharibədə iştirak edib. Həmin ərazilərin düşmən işğalından azad olunmasında xüsusi şücaət göstərən igid hərbçimiz döyüşdüyü müddətdə bir çox erməni postunu, erməni texnikasını və əsgərlərini məhv edib.

3 oktyabrda döyüş yoldaşları ilə birlikdə Cəbrayılda xüsusi tapşırığı yerinə yetirərkən yaralanıb. Yaralı olmasına baxmayaraq geri dönməyib. İrəli gedərək yaralı halda döyüşüb və qəhrəmancasına şəhid olub. 3 oktyabr tarixində doğulduğu Mirzalıbəyli kəndində dəfn edilib. Şəhadətə qovuşmasından cəmi 1 gün sonra - 4 oktyabrda uğrunda şəhid olduğu Cəbrayıl rayonu düşmən işğalından azad olunub.

Cahid Tağızadənin özündən sonra Nərmin adlı qızı və Nihad adlı oğlu bizlərə əmanətdir








Xəbər 1055 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +