İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


12.07.2019  13:23 

Sosial şəbəkələrin vətənpərvərliyin təbliğində nə kimi rolu ola bilər?





A+  A-

Gənc nəsildə milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi bu gün ən aktual məsələlərdən biri hesab olunur. Bu faktor həqiqətən də mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir.

Gənclərin buna sahib olmaları bütövlükdə dövlətin ümummilli ideologiyasının qorunması baxımından müstəsna rola və əhəmiyyətə malikdir. Eyni zamanda, milli-mənəvi dəyərlərin deqradasiyaya məruz qalmasının qarşısını alır.

Ümumilikdə sözügedən dəyərlərin qorunmasının cəmiyyətə verdiyi fayda ölçüyəgəlməz dərəcədə böyükdür. Çünki bu həm də milli kimlik məsələsini özündə ehtiva edir. O baxımdan milli mənlik şüurunun vəd etdiyi fayda yetərincə müxtəlif və çoxşaxəlidir. Yetər ki, onun prinsipial əsaslarını qoruyub saxlaya, böyüməkdə olan gənc nəslə aşılaya, çatdıra, təməl prinsiplərini öyrədə biləsən. Ona görə də sözügedən məsələnin cəmiyyətə çatdırılmasında bütün vasitələrdən istifadə etmək lazımdır.

Müasir dövrdə bu vasitələrin ən geniş imkanlısının sosial şəbəkələr olduğunu nəzərə alsaq, onda belə bir sual meydana çıxır: sosial şəbəkələrin Azərbaycan gənclərinin vətənpərvərlik hisslərinin artırılmasında və təbliğində nə kimi rolu ola bilər?

Azərbaycan gənclərinin savadlı, yüksək intellektli kəsimi burada daha çox dövlətin xeyrinə təbliğat aparmalıdır. Bu təbliğat başqa gənclərə də örnək ola bilər.

Sosial şəbəkələrin imkanlarından istifadə etməklə gənclərin vətənpərvərliyini artırmaq mümkündür. Bunun üçün xüsusi proqrama ehtiyac var. Bəzi layihələrin köməkliyi ilə gəncləri düzgün istiqamətə yönəltmək olar.

Təəssüf ki, gənclərimiz sosial platformalarda vətənpərvərliklə çox az məşğul olurlar. Əsasən də əyləncəyə üstünlük verilir. Çox istərddik ki, sosial şəbəkələrdə xalqımızın böyük şəxsiyyətlərini təhqir edən bəzi qrupların qarşısına sanballı gənclər çıxsın.

Şəxsiyyətlərlə bağlı məsələlər müzakirəyə çıxarılarkən hər kəs bu məsələdə prinsipial mövqe tutmalıdır. Heç bir şəxsiyyətimizin təhqir edilməsinə yol verməməliyik. Təhqirə yol verən adamlara necə vətənpərvər demək olar? Bu istiqamətdə sistemli iş aparılmalıdır.

Gənclərə sosial şəbəkədə etik normaları gözləmək, bir-birinin fikirlərinə hörmətlə yanaşmağı təlqin etmək, onları sosial şəbəkələrdə sağlam polemikaların aparılmasına cəlb etmək lazımdır.

Burada sağlam ifadəsini xüsusilə vurğulamaq lazımdır. Çünki, hazırda siyasi aspektlər baxımından sosial şəbəkələrdə polemikalar aktiv halda aparılır. Lakin, bu polemikaların sağlam şəkildə aparılması daha vacib rol oynayır. Sağlam ifadəsi altında müzakirələrin obyekti olan informasiyaların dolğun olması məsələsi işarə olunur.

“Paradiqma” İctimai-Siyasi Tədqiqatlar
İctimai Birliyinin Analitik Qrupu


Bu məqalə “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclərin internet səhifələrində, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsinə cəlb edilməsi” layihəsi çərçivəsində hazırlanıb.


Xəbər 513 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +