Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


10.06.2019  22:24 

Dini radikalizmə qarşı necə mübarizə aparılmalı? - Dəyirmi masa





A+  A-

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi “Dini dəyərlərin təbliğinə və radikal dini cərəyanlarla mübarizə istiqamətində maarifləndirmə” layihəsi çərçivəsində dəyirmi masa keçirilib.
XəzərNews.az xəbər verir ki, tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun müəllim və tələbələri, jurnalistlər, QHT nümayəndələri iştirak edib.

Layihə barədə iştirakçılara məlumat verən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Niyaz Niftiyev bildirib ki, “Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi” İctimai Birliyi may ayının 1-dən etibarən bu layihənin icrasına başlayıb: “Layihənin icra planını tətbiq edəndə cəmiyyət üçün faydalı olacaq işlər görməyimiz barədə düşündük. Eyni zamanda bu görülən işlər xüsusən bu gün sosial platformalarda daha fəal olan gənclərimizin maariflənməsinə xidmət etsin. Bunun üçün əvvəlcə “Araz” FM-dən 4 efir vaxtı aldıq. Hər efir vaxtı 30 dəqiqə təşkil edir. Efir saatı bazar günlərinə təsadüf etdikdə isə bu zaman müddəti 40-45 dəqiqəni əhatə edir. Hər efir müxtəlif mövzulu məlumatlardan bəhs edir. Burada müəllim və ziyalılarımızın çıxışına yer ayırmışıq. Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri bu sahədə öz dəstəyini bizə göstərir.

Ümumiyyətlə, Aİİ-nin mövcudluğu qısa müddət ərzində cəmiyyətdə kifayət qədər müsbət effekt yaradıb. Bizim bu günə kimi təşkil etdiyimiz 3 verilişdə İnstitutun müəllimləri çox fəal iştirak ediblər. Onların cəmiyyətə ötürdüyü mesajlar dini dəyərlərin sağlam fikirlərlə ötürülməsində böyük rol oynayır. Layihə çərçivəsində çalışırıq ki, bu sahədə fəaliyyət göstərən qurumların gördüyü işləri cəmiyyətə çatdıraq”.

Tədbirdə çıxış edən professor Rafiq Əliyev qeyd edib ki, sözügedən mövzu hazırkı dövrdə çox aktualdır: “Dini ekstremizm, radikalizm, terrorizm siyasi ideoloji ekstremizm, radikalizm və terrorizmdən meydana gəlir. Yəni bütün bunlar hamısı öz mənbəyini siyasətdən alır. Ekstremizm o qədər də çox ciddi təlaş yaradan bir hərəkət deyil. Ekstremizm birinin digərinin ideyasına müttəfiq olmamasıdır. Ekstremizm dində də var, şiələr bir cür, sünnilər başqa cür deyirlər. Amma radikalizm yoxdur. Radikalizm o zaman meydana çıxır ki, mənim fikrim onun xoşuna gəlməsə də mən məcbur öz fikrimi ona qəbul etdirmək istəyirəm. Bu, artıq dini radikalizmdir. Bunu cəmiyyətimizdə müəyyən qruplaşmalarının apardığı fəaliyyətlərdə də görürük. Onlar öz dini ideyalarını başqalarına məcburən qəbul etdirmək istəyirlər”.

Azərbaycan İlahiyyat İnstitutunun nümayəndəsi Aqil Şirinov çıxışında vurğulayıb ki, son dövrlərdə, xüsusən də internetin, sosial şəbəkələrin inkişafı nəticəsində dini radikalizm genişlənməyə başlayıb: “Ölkələr var ki, ancaq bir məzhəbə görə məsciddə namaz qılmağa icazə verir. Amma Azərbaycanda belə bir şey yoxdur. İstəyirsən sünni namazı qıl, istəyirsən şiə. Heydər məscidində hər həftə fərqli məzhəblər üzrə namaz qılmağa şərait yaradılıb”.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, ekspert Seymur Verdizadə bildirib ki, bu məsələyə bir qədər mənəvi prizmadan yanaşmaq istəyir: “Biz həmişə terroru lənətləmişik. Mən problemlərə pərdə çəkməyin tərəfdarı deyiləm. Problemlər var, bunu dövlət də bilir. Qonşu ölkələrlə müqayisədə ümumiyyətlə, xeyri irəliləyiş əldə etmişik”.

Aİİ-nin digər əməkdaşı Əhməd Niyazov qeyd edib ki, ana qaynaqlara baxdıqda, həqiqətən İslamın böyük bir dəniz olduğunu görürük: “Əfsuslar olsun ki, bu radikal güclər o təmiz, saf “bulaq suyu”na fərqli rəng qatmaqla ictimaiyyətə çatdırırlar. Ən əsası, həqiqətən də ictimaiyyətdə dinin ana qaynaqları tam təşəkküllü insanlar tərəfindən bilinmədiyi üçün radikal ünsürlər dinin qaynaqlarını özlərinə xidmət edəcək şəkildə çatdırmağa çalışırlar. Bu da radikalizmin İslam donuna girməsi şəklində cərəyan edir”.

Aİİ-nin nümayəndəsi Anar Qafarov hesab etdiyini bildirib ki, din adı ilə təzahür edən bəzi mənfi tendensiyalara qalib gəlmək üçün hər şeydən əvvəl, dinin özü düzgün anlaşılmalıdır: “Radikalizmə qarşı maarifçilik yolu ilə mübarizə aparmaqla, ondan azad olmaq mümkündür”.

Politoloq, QHT sədri Ramiz Alıyev vurğulayıb ki, bu gün dünya inkişaf etdikcə, informasiya gücləndikcə, sosial şəbəkələrin üzərinə böyük yük düşür: “Həmin dini radikalizmi təbliğ edənlər sosial şəbəkələr vasitəsi ilə uşaqların, yeniyetmələrin beyinlərini ələ keçirirlər. Və beləliklə, gənclərimiz qurbana çevrilirlər. Bu gün məsləhətim o olacaq ki, yalnız düzgün, savadlı şəkildə ətrafınıza dini təbliğ edin, yayın”.

Jurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlu isə deyib ki, artıq biz neçə ildir bu ictimai proseslərin içərisindəyik: “Bu gün siz gənclər gələcəkdə bizim cahil mollaları əvəz edən alimlərə çevriləcəksiniz. Sizlər sosial şəbəkələrdə aktiv olun. Sosial şəbəkələrdə hər biriniz bir status sahibinə çevrilin. Siz yazın, öyrədin ki, sizlərdən öyrənək. Gələcəyimiz də sizin işıqlı düşüncələrinizin üzərində qurulsun”.










Xəbər 454 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +