Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


25.02.2019  11:41 

ETSN Xəzəri çirkləndirən əsas mənbələrin adlarını açıqladı





A+  A-

ETSN-nin əməkdaşı Mirsalam Qənbərov Xəzər dənizinin çirkləndirilməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
XəzərNews.az xəbər verir ki, mütəxəssis bildirib ki, Xəzər dənizinin çirklənmədən qorunması, ətraf mühitə atılan tullantıların azaldılması, insanların sağlamlığına, ümumiyyətlə təbiətə mənfi təsir göstərən amillərin qarşısının alınması Azərbaycan dövlətinin və dövlət başçısının ETSN-nin qarşısında qoyduğu əsas məsələlərdən biridir. Ona görə də ətraf mühitə və Xəzər dənizinə atılan tullantıların maksimum dərəcədə azaldılması bu günün ən vacib tələbidir, ictimaiyyətin iştirakı ilə var gücümüzlə buna nail olmalıyıq.

- Belə demək olarmı ki, Xəzər dənizi bu gün çirklənmə mənbəyinə çevrilib?

- Bəli, bu gün Xəzər dənizini çirkləndirən, tənzimlənməyən axarlar mövcuddur. Bu axarlar vasitəsilə zərərli tullantılar təmizlənmədən dənizə axıdılır. Xəzər dənizi ən çox təsərrüfat-məişət tullantı suları və neft-qaz hasilatında əmələ gələn lay suları ilə çirkləndirilir.

- Bu mənbələr hansılardır, Xəzər dənizi kimlər və hansı müəssisələr tərəfindən çirkləndirilir?

- Lay suları ilə dənizi çirkləndirən obyektlər əsasən “Suraxanı Oil Company”, “Balakhanı Operating Ltd” əməliyyat şirkətləri və “Azgerneft” MMC-dir. Təəssüf ki, bu müəssisələrdə əmələ gələn tullantı suları təmizlənmədən birbaşa Xəzərə axıdılır.

- Təsərrüfat-məişət tullantı suları ilə çirklənməyə də toxunduz. Söhbət əhalinin formalaşdırdığı sulardanmı gedir?

- Təkcə əhalinin formalaşdırdığı tullantı suları deyil, bəzi təşkilatlarda əmələ gələn tullantı suları da buraya aiddir. Əsasən kanalizasiya şəbəkəsi olmayan kənd və qəsəbələrdə formalaşan tullantı suları göllər və gölməçələr vasitəsilə dənizə axıdılır. Böyük narahatlığa səbəb olan bu problemlər aidiyyəti təşkilatlar tərəfindən tez bir zamanda həllini tapmalıdır. Bu sahəyə cavabdeh təşkilatlar, özəl strukturlar öz məsuliyyətlərini dərk edərək bu problemə biganə qalmamalı və təcili işlər görməlidir.

- Belə çirkləndirmə mənbələrinin qarşısını almaq mümkün deyilmi?

- Əlbəttə mümkündür. Misal üçün “Azneft” İstehsalat Birliyinin “Abşeronneft”, Bibiheybət, H.Z.Tağıyev, N.Nərimanov adına neft-qazçıxarma idarələrinin istehsalat sahələrində və Binəqədi Əməliyyat şirkətində əmələ gələn lay suları düzgün idarə olunur. Yəni bu gün sözügedən müəssisələrdən Xəzərə heç bir tullantı suyu axıdılmır. Deməli, digər çirkləndiricilər də istəsələr bunu edə bilərlər.

- Bəs, Nazirlik problemin aradan qaldırılması üçün tədbirlər görürmü?

- Xəzər dənizində ekoloji vəziyyətin yaxşılaşdırılması ETSN-nin birbaşa funksiyalarına aiddir, ona görə də tərəfimizdən daha sərt tədbirlərin görülməsi istiqamətində işlər aparılır. Dənizi çirkləndirən bütün mənbələr üzrə monitorinqlər aparılır, tərkibində normadan artıq zərərli maddələr olan axarlar və bu axarları formalaşdıran fiziki və hüquqi şəxslərə qarşı inzibati tədbirlərlə yanaşı maarifləndirici, daha innovativ texnologiyaların tətbiqi tövsiyə olunur.

Xəbər 1019 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +