Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


29.06.2018  19:17 

Deputat turistlərdən şikayətləndi





A+  A-

Azərbaycana daxil olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı ilə bağlı müddətin dəyişdirilməsi Milli Məclisin (MM) son iclasında müzakirəyə çıxarılıb.
XəzərNews.az xəbər verir ki, layihə barədə məlumat verən MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla bağlı Azərbaycan prezidenti tərəfindən Milli Məclisə Miqrasiya Məcəlləsinin 21-ci (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması) maddəsinə dəyişiklik edilməsi ilə bağlı layihə təqdim olunub.

Layihəyə əsasən, artıq Azərbaycanda 10 gündən yox, 15 gündən artıq müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər ölkədə olduqları yer üzrə qeydiyyata alınmalıdırlar.

Millət vəkili Elmira Axundova isə dəyişikliklə bağlı çıxışında bunları deyib:

“Miqrasiya Məcəlləsinə təklif olunan dəyişiklikdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlişinə qadağa və məhdudiyyətlər nəzərdə tutan 16-cı maddənin 1.8-ci bəndində əvvəllər əcnəbi və vətəndaşlığı olmayan şəxslərin miqrasiya qanunvericiliyini pozduğuna görə iki və daha çox inzibati məsuliyyətə cəlb olunduqda onların ölkəyə girişinə qadağa və məhdudiyyətlər tətbiq olunurdu.

Amma indi təklif olunan dəyişiklikdə isə qeyd olunur ki, həmin inzibati məsuliyyətə görə tətbiq edilən cəriməni ödədikdə bu qadağa götürülür. Buradan belə çıxır ki, ölkəmizə gələn əcnəbilər yaşama qaydalarını pozduğu halda müəyyən məbləğdə cərimə ödəyərək yenə də burada qalıb istədiyi davranışı davam elətdirə bilər.

Bəzi xaricilər üçün bu məbləği ödəmək elə də çətin olmayacaq. Bu halda belə liberallaşma neqativ halların çoxalmasına gətirib çıxarmayacaqmı?”

Millət vəkilinin sözlərinə görə, onsuz da mətbuatda, xüsusən də sosial şəbəkələrdə bəzi xarici turistlərin bizim ölkəmizdə özlərini artıq dərəcədə sərbəst aparmasına dair, xoşagəlməz hərəkətlərinə dair (məsələn, xanımlarımıza qarşı) çoxsaylı şikayətlər və etirazlar nəzərə çarpır:

“Mənə elə gəlir ki, bu maddəyə bir əlavə də etmək lazımdır ki, əgər hansısa əcnəbi artıq bir dəfə cərimələnib və ikinci dəfə yaşama qaydalarını pozubsa, onu respublikamızın hüdudlarından kənara çıxarmaq məqsədəuyğun olardı. Yoxsa, ancaq cərimələrlə kifayətlənsək, neqativ hallar çoxala bilər”.

Layihə sonra geniş müzakirələr açılmadan səsə qoyularaq qəbul edilib.

Xəbər 666 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +