Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


01.12.2017  10:56 

Azərbaycanda 7 satanist olub





A+  A-

Bir neçə il bundan əvvəl Azərbaycanda missioner təşkilatlarının gücləndiyi ilə bağlı həyəcan təbili çalınırdı. Bununla paralel olaraq qeyri-ənənəvi inancların da hökm sürdüyü bəlli idi.
Bunlardan biri də satanistlər idi ki, onların Azərbaycanda aktivlik göstərdikləri söylənilirdi.

XəzərNews.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev Modern.az-a açıqlamasında bir vaxtlar satanistlərin statistikasını apardıqlarını deyib.

“Satanistlər nəzarət altında olduqlarını bilirdilər”

“Komitəyə rəhbərlik etdiyim 2001-2006-cı illərdə Azərbaycanda satanistlər olub. Onlar hansısa prosedurlar, əməliyyatlar keçirirlər. Onların öz dəsti-xətti var. İldə bir dəfə ya insan qanı içirlər, ya da onların icmasında olan adamlardan biri özünü qurban verir. O vaxtlar bizdə məlumat vardı ki, Azərbaycanda 7 satanist var. Amma biz onları tapa bilmədik ki, görək onlar kimdir.
Hansı regionu əhatə etdiklərini də bilmədik. Rusiyada "Yahova şahidləri"nin ofisi vardı, o bağlanan dan sonra satanistlər başqa ölkələrə səpələndilər.Satanistlərin məkanı o vaxtlar Montində yerləşirdi. Həm Azərbaycandakı satanistlər həmin mərasimləri keçirmirdilər. Çünki nəzarət altında olduqlarını bilirdilər”.

İnsan qurban verməyi sevirlər

Rafiq Əliyev deyir ki, satanist olmağa meylli olanlar daha çox qadınlardır.

“Ona görə də dini sektalar qadınları rahat idarə edə bilirlər. Amma Azərbaycanda olan 7 satanistin 2-si qadın idi. 5-i isə kişi idi. Satanistlər həm öz, həm də başqalarının qanını içirdilər. Bizi də maraqlandıran başqalarının bunların əlinə keçməsi məsələsi idi. Onlar başqalarını da qurban verirdilər.

İbrahim peyğəmbər övladının əvəzinə Allahdan qoyun qurban aldı. Biz o vaxtdan qoyunu qurban kəsirik. Satanistlər isə insanı da qurban verə bilir. Çünki dinlərin ətrafında qurban vermək ənənəsi həmişə mövcud olub. Hətta ilahi dinlərdən əvvəl oda, suya, ağaca ən yaxşı adamlarını qurban verirdilər. Ən yaxşı qızlardan birini aparıb çaya qurban verirdilərki, çay daşıb kəndləri dağıtmasın”.

Azərbaycanda satanistlər indi də var

Keçmiş komitə sədri rəhbər olduğu dövrlərdə onları daima nəzarətdə saxladığını bildirib.

“O vaxtlar satanistlərlə bağlı məsələləri həmişə nəzarətdə saxlamışam. Çünki topladığım informasiyalara həmişə diqqət etmişəm. Sadəcə satanistlər Azərbaycanda yayılmamış qruplaşmadır.

Təəssüf ki,həmin dönəmlər də Azərbaycanda mövcud olan satanistləri ələ keçirə bilmədik. İnanıram ki, indi Azərbaycanda satanistlər var. Çünki onlar zamanında ələ keçirilməyib. Digər tərfədən isə sektaların burda olmayan üzvü yoxdur”.

Xəbər 1380 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +