Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


17.11.2017  18:09 

Ukraynada Afaq Məsudun romanı təqdim olundu – Fotolar





A+  A-

Kiyev Kitab Evində tanınmış azərbaycanlı yazıçı Afaq Məsudun “Azadlıq” romanının təqdimat mərasimi keçirilib.
XəzərNews.az xəbər verir ki, Ukrayna Yazıçıları Milli İttifaqının Kiyev bölməsinin beynəlxalq layihəsi kimi ərsəyə gətirilən Layihənin rəhbəri, yazıçı, qurumun Kiyev bölməsinin rəhbəri, ədəbiyyatçı Vladimir Danilenkodur. Layihənin meneceri isə Marina Qonçarukdur. Təqdimat mərasimində A.Məsud özü də iştirak edib.
V.Danilenkonun sözlərinə görə, əsərin leytmotivi ondan ibarətdir ki, insan daxilən azad olmadan məhvə məhkumdur, burada həmçinin azərbaycanlıların məişət və gündəlik həyatından bəhs edən hekayələrdən söhbət açılır. “Afaqın ilk dəfədir ki, Ukrayna dilində əsəri təqdim edilir. O, öz əsərlərində insanın kompleksini açıb göstərir, orada Şərq və Sovet adət-ənənələri göstərilir. Müəllif əsərlərində məhəbbət kasadlığı, qohumluq ənənələrinin itirilməsi, cəmiyyətin reallığı və mənəviyyatı məsələlərinə müraciət edir”, - deyə V.Danilenko bildirir.
Kitabın təqdimat mərasimi “Ölkənin səsi” şousunun finalçısı Sergey Tomaşevskinin Azərbaycan dilində “Gəl ey səhər” mahnısının ifası ilə başlayıb. Daha sonra Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov çıxış edib: “Kitabı görən kimi ilk olaraq onun adı məni özünə cəlb etdi - Azadlıq. Axı azadlıq Ukrayna və Azərbaycan xalqlarını birləşdirən bir sözdür. Bu hər gün mübarizə aparılan bir məslədir: Azərbaycan Dağlıq Qarabağda, Ukrayna isə ölkənin şərqində. Mən əminəm ki, Ukrayna oxucularını kitab maraqlandıracaq. Çünki ad o mənanı verir ki, romanda ukraynalılar üçün sakral məna kəsb edən azadlıq kəlməsinə toxunulur”. Hikmət Cavadovun sözlərinə görə, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu bundan sonra da Azərbaycan mədəniyyətinin doğma Ukrayna dilində təbliği istiqamətində layihələri dəstəkləməkdə davam edəcək.
Afaq Məsudla söhbət də baş tutub və yazıçı tək öz romanı barədə deyil, Azərbaycanda necə qəbul edildiyinə toxunub. Müasir Azərbaycan cəmiyyəti ilə bağlı suallara cavab verən yazıçı, islamın ona təsiri, ənənələr, yeni baxışlar barədə məlumat verib. “Mənim üçün Ukrayna auditoriyasının yaradıcılığımı necə qəbul etdiyi maraq kəsb edir. Axı Azərbaycanda roman dərc edildikdən sonra xeyli müzakirələrə səbəb olub. Əgər İslamın Azərbaycan cəmiyyətinə təsirindən danışsaq, bizdə dünyəvi cəmiyyət hökm sürür və hər hansı bir imperativ fikir mövcud deyil – hicab taxan və taxmayan qızlar var. Azərbaycan cəmiyyətinin əsas problemi – təəssüf ki, Dağlıq Qarabağ problemidir”, - deyə A.Məsud bildirib. Onun sözlərinə görə, onun romanları müxtəlif dillərə tərcümə olunur və dərc edilir. Lakin Ukrayna auditoriyası onu təbii və ürəkdən fəth edib.
Qonaqlar qarşısında Ukrayna və Azərbaycan münasibətləri ilə bağlı şərqşünaslar və ekspertlər çıxış ediblər. Taras Şevçenko adına Kiyev Milli Universitetinin Türkologiya kafedrasının dosenti, filologiya elmləri namizədi Zəminə Əliyeva, tarix elmləri doktoru Fərhal Turanlı, Ukrayna Azərbaycanlıları Gənclər İttifaqının rəhbəri İlham Allahverdiyev, Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq hüquq kafedrasının professoru, hüquq elmləri doktoru Arif Quliyev çıxış ediblər. Tanınmış ukraynalı dramaturq Yaroslav Vereşak bildirib ki, Afaq Məsudun hekayələri üzrə tamaşa hazırlanır. Bu hekayələr “Generalın ölümü” pyesi adı üzrə baş tutacaq.
“Afaq Məsudun “Azadlıq” romanının təqdimat mərasimi mühüm bir hadisə olub, iki ölkə arasında münasibətlərin ədəbi inkişaf səviyyəsindən xəbər verir. Azadlıq mövzusu azadlıq və dövlət müstəqilliyi, ərazi bütövlüyü istiqamətində mübarizə aparan hər iki xalq üçün aktual əhəmiyyət kəsb edir. Mən də çox şadam ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu, başda Hikmət Cavadov olmaqla Ukrayna Yazıçıları Milli İttifaqının Kiyev bölməsi belə bir beynəlxalq layihələrinin müdafiə edir”, - deyə F.Turanlı bildirib.
Tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları iştirak ediblər. Təqdimat mərasimi Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Dnepropetrovski Azərbaycanlıları Cəmiyyətinin dəstəyi ilə keçirilib. Tədbirə informasiya dəstəyini Report.az saytı göstərib.



Xəbər 900 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +