İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


13.04.2017  13:42 

Mətbuat Şurası icra başçısının jurnalistə qarşı kobudluğunu pislədi





A+  A-

Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev ötən gün Yasamal ərazisində yerləşən Hacı Cavad məscidi məscidi ilə bağlı ona sual ünvanlayan xanım jurnalistə qarşı kobudluq edib.
ANN TV-nin əməkdaşı Fərqanə Novruzova icra başçısından sökülən Hacı Cavad məscidi ilə bağlı açıqlama almaq istəsə də, bu, mümkün olmayıb. Suallara cavab verməyən icra başçısı jurnalisti itələyib.

XəzərNews.az-ın xəbərinə görə, məsələ ilə bağlı Modern.az-a açıqlama verən Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, Azərbaycan Respublikasında informasiya almaq və yaymaq sərbəstdir.

“Bu məsələ “Kütləvi İnformasiya haqqında” qanunla, eyni zamanda “İnformasiya əldə etmək haqqında” qanuna əsasən tənzimlənir. İnformasiya əldə etmək təkcə jurnalistin işi deyil, eyni zamanda, sadə vətəndaşların da istənilən hadisə ilə bağlı müraciət əsasında informasiya əldə etmək hüququ var. Heç kimə bu hüququ pozmaq ixtiyarı verilmir. İnformasiya istəyən şəxslərə informasiya vermək lazımdır, bu hüquqla təsbit olunmuş haldır. Nəinki informasiyanı verməmək, eyni zamanda, informasiya almaq istəyənə qarşı kobud davranmaq yolverilməz haldır”.

Mətbuat Şurası sədrinin müavini məsələni başqa tərəfdən də şərh edib:

“İstər “KİV haqqında” qanunda, istərsə də “İnformasiya əldə etmək haqqında” qanunda informasiya almağın və yaymağın qayda-qanunları çox açıq şəkildə göstərilib. İnformasiya almaq istəyən şəxs ilk növbədə informasiya verməkdən məsul olan şəxslərə müraciət etməlidir. Bildiyimiz kimi, hər bir dövlət qurumunda informasiya verilməsinə məsul olan şəxslər var. Onlar mətbuat xidmətləridir, ictimaiyyətlə əlaqələr şöbəsidir və s. Bunlara istənilən formada müraciət edib, istənilən hadisə barədə informasiya almaq olar və bunu vermək onların borcudur. Görüntüdən belə çıxır ki, özünü jurnalist kimi təqdime dən xanım informasiya əldə etməyə dair qayda və tələblərə əməl etmir və nəticədə də belə bir insident yaranır. Çünki iş üstündə olan, danışan vəziyyətdə olan vəzifəli şəxsi istənilən an dayandırıb, informasiya vermək üçün sona qədər təqib etmək doğru hal deyil. İcra hakimiyyətlərinin informasiya verməyə məsul olan orqanları var, jurnalistlər onlara müraciət edib, öz sorğularının cavablarını ala bilərlər.

Amma istənilən halda məsələ xoşagələn hal deyil. Azərbaycanda informasiya əldə etmək və yaymaq üçün kifayət qədər qanunvericilik bazası var, kifayət qədər mühit yaradılıb, dövlət səviyyəsində bu sahədə çox ciddi proqramlar həyata keçirilir”.

Xəbər 1399 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +