Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


11.04.2017  10:15 

Birləşmiş Ştatların ikili dünya oyunu…





A+  A-


Elçin Mirzəbəyli: “ABŞ adətən “oturduğu yeri çirkləndirmir””

ABŞ-ın diktatura rejimlərinə qarşı siyasətində ikili standartlardan çıxış etdiyinin zaman-zaman şahidi olmuşuq. Belə ki, Birləşmiş Ştatlar bu istiqamətdə Amerika qitəsindəki avtoritar ölkələr və müsəlman dövlətləri ilə bağlı tam fərqli siyasət yürüdür.

Əgər rəsmi Vaşinqton bir müsəlman ölkəsində hakimiyyət çevrilişi üçün sona qədər gedirsə, Latın Amerikası ölkələri, Kuba ilə bağlı bunları etmir. Hətta yumşaq davrandığını desək, yanılmarıq. Məsələn, Ağ Ev on illərdir gərgin münasibətləri olduğu Kubanı iki il öncə “bağışladı”, hətta o ölkədə səfirliyini belə açdı, Kubanın isə ölkəsində səfirliyinin fəaliyyətinə icazə verdi. ABŞ Meksika ilə də buna bənzər siyasət aparır. Müsəlman ölkələrində demokratiyanın boğulduğunu deyən Ağ Ev sanki Latın Amerikası ölkələrində demokratiyanın ilk hərfinin belə olmasından xəbərsizdir. Ekspertlər daha çox bu amili ABŞ-a miqrant axınının ola biləcəyi ilə əlaqələndirirlər. Onlar hesab edirlər ki, əgər rəsmi Vaşinqton Amerika qitəsindəki ölkələrlə də müsəlman dünyası kimi davranarsa, o zaman miqrant axını altında qala bilər. Birləşmiş Ştatların ən çox bu təhlükədən ehtiyatlandığı deyilir.

Politoloq Elçin Mirzəbəyli ABŞ-ın bu ikili siyasətinin müxtəlif səbəblərinin olduğunu düşünür: “İlk səbəb ondan ibarətdir ki, Latın Amerikası ölkələri hazırda ABŞ-ın xarici siyasətində prioritet yerlərdə dayanmır. Digər tərəfdən, Latın Amerikasından olan ABŞ vətəndaşları ölkə əhalisinin təxminən 17-18 faizini təşkil edirlər ki, bu da çox ciddi bir rəqəmdir. Yəni Latın Amerikası ölkələri ilə baş verə biləcək hər hansı bir proses ölkə daxilindəki siyasi sabitliyə də təsir göstərə bilər. Çox güman ki, bu amil də nəzərə alınır. ABŞ adətən ”oturduğu yeri çirkləndirmir". Vaşinqtonun geosiyasi maraqları indi daha çox Avrasiyada cəmləşib. Başqa bir səbəb isə ondan ibarətdir ki, Latın Amerikasında ərəb ölkələrindəki kimi rejimlər yoxdur. Hətta Kuba belə öz siyasi sisteminə görə ərəb ölkələrindən daha demokratikdir. Təbii ki, bütün bunlar ABŞ-ın müsəlman ölkələrinə müdaxiləsi üçün əsas sayıla bilməz. Çünki ABŞ ərəb ölkələrindəki qeyri-demokratik rejimlərlə yaxından əməkdaşlıq edir. Deməli, məsələ geosiyasi maraqlarla bağlıdır. Yaxın Şərqin, Aralıq dənizi hövzəsinin enerji resursları və mühüm əhəmiyyət kəsb edən nəqliyyat dəhlizləri ABŞ-ın bu coğrafiyaya daha çox diqqət yetirməsini zəruri edir. ABŞ geosiyasi məktəbinin banisi Makinderə görə, qlobal gücolmanın yolu Avrasiyaya sahiblənməkdən keçir".



Xəbər 1431 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +