16.02.2017 10:40
Dövlət Miqrasiya Xidməti tərəfindən 2017-ci ilin yanvar ayı ərzində 1667 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.
Xidmətdən XəzərNews.az-a verilən məlumata görə, onlardan 17-nin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 204 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1121 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 325 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.
Ümumiyyətlə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 6902 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 49107 əcnəbinin müraciəti qeydə alınıb.
Dövlət Miqrasiya Xidməti tərəfindən respublikanın ayrı-ayrı bölgələrində maarifləndirmə tədbirləri davam etdirilib.
|
13.05.2024 00:10
13.05.2024 00:02
12.05.2024 20:02
İtkin düşən qadın torpağa basdırılmış halda tapılıb -Fotolar
12.05.2024 19:25
12.05.2024 19:19
12.05.2024 18:53
12.05.2024 18:44
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar
12.05.2024 17:59
12.05.2024 13:03
12.05.2024 12:33
11.05.2024 18:56
11.05.2024 18:49
11.05.2024 18:43
11.05.2024 18:37
11.05.2024 17:27
11.05.2024 17:15
11.05.2024 17:07
11.05.2024 17:01
11.05.2024 09:58
Bu gün “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olacaq
11.05.2024 08:44
10.05.2024 16:29
10.05.2024 12:45
AZƏRBAYCANI DÜNYAYA TANIDACAĞAM - 17 YAŞLI SOYDAŞIMIZ -VİDEO
10.05.2024 09:45
“Fortis Group“ Heydər Əliyevə həsr olunan tədbir keçirdi - FOTO
09.05.2024 23:07
Bakının bu ərazisində birmərtəbəli yaşayış evləri sökülür -VİDEO
09.05.2024 18:30
09.05.2024 12:34
09.05.2024 11:26
Dövlət qurumu ilə diaspor strukturları arasında koordinasiya problemi var - Mərkəz rəhbəri
09.05.2024 09:40
09.05.2024 09:29
08.05.2024 11:49