İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


30.11.2023  10:19 

Daha bir dəladuz saxlanıldı





A+  A-

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onları aldadan şəxs saxlanılıb.

Xəzərnews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, polisə müraciət edən zərərçəkmişlər avtomobil elanları saytında nəqliyyat vasitəsi almaq üçün tanımadıqları şəxsə onlayn yolla beh göndərdiklərini və daha sonra onunla əlaqə saxlamağın mümkün olmadığını bildiriblər. Keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində vətəndaşlara qarşı dələduzluq edən Samux rayon sakini Azər Əliyev saxlanılıb. Araşdırma zamanı məlum olub ki, A.Əliyev avtomobil elanları saytında digər satıcılara məxsus avtomobillərin fotoşəkillərini və məlumatlarını özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edib.

Saxlanılan şəxs avtomobilləri almaq istəyən alıcılardan ilk öncə müxtəlif məbləğlərdə beh tələb edib, daha sonra isə guya etibarnamə vermək üçün onlardan şəxsiyyət vəsiqələrinin fotoşəkillərini istəyib. İz itirmək məqsədilə həmin şəxsiyyət vəsiqələrindən istifadə edərək zərərçəkmişlərin adına onlayn ödəmə sistemlərində hesablar yaradıb və növbəti dəfə avtombil almaq istəyən şəxslər də ilkin ödənişi məhz həmin hesablara göndəriblər. Alıcılardan beh aldıqdan sonra isə A.Əliyev telefon zənglərinə cavab verməyərək onlarla əlaqəni kəsib və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəyib.

Azər Əliyevin digər vətəndaşlara qarşı da analoji əməllər törətdiyi istisna edilmir.

Zərərçəkən başqa şəxslər olarsa, bu barədə polis orqanlarına məlumat vermələri xahiş olunur.

Vətəndaşlara isə bir daha tövsiyə olunur ki, elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər.

Xəbər 326 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +