İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.11.2023  14:54 

Nəcməddin Sadıkovun adamına ağır cəza... - Məhkəmə





A+  A-

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev və onunla birgə ittiham olunan Elsevər Niftəliyevlə bağlı hökmdən verilmiş protestə baxılıb.

Xəzərnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində keçirilən iclasda prokuror etirazını əsaslandırıb. Prokuror çıxışında təqsirləndirilən şəxslərə verilmiş ittihamlara görə həddən artıq yüngül cəza təyin edildiyini deyib.

Teyyub Muxtarovun sədrlik etdiyi hakimlər heyəti protesti əsaslı hesab edib.

Qərara əsasən hazırda başqa iş üzrə həbsdə olan Zahid Niftəliyev 8 il 6 ay, bəraət almış Elsevər Niftəliyev 8 il azadlıqdan məhrum edilib. E.Niftəliyev məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olub külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib. Z. Niftəliyev, həm də CM-in 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya səlahiyyət həddini aşma) maddələri ilə təqsirləndirilib.

Cinayət işi Tərtər Hərbi Məhkəməsində araşdırılıb. Hökmə əsasən Zahid Niftəliyevin əməli Cinayət Məcəlləsinin 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddəsinə tövsif edilib. Z.Niftəliyev bu maddə ilə təqsirli bilinib, ona 10 min manat cərimə cəzası təyin edilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Təqsirləndirilən gizir Elsəvər Niftəliyevin isə əməlində cinayət tərkibi olmadığından ona bəraət verilib.

Z.Niftəliyev azadlığa buraxılandan bir müddət sonra başqa bir iş üzrə Dövlət Təhlükəsizliyi Tərəfindən həbs edilib. Hazırda o işlə bağlı ibtidai istintaq davam edir.

Xatırladaq ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub. O, “Şlyapa Zahid” ləqəbi ilə tanınıb.

Xəbər 421 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +