İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


06.10.2023  09:17 

Casus şəbəkəsində kimlər yer alır? – Həbslər gözlənilir





A+  A-

Keçmiş qondarma rejimin “prezidentləri”, erməni terrorçular Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan və digər separatçıların cinayətləri barəsində araşdırma davam edir. İddia olunur ki, Bakıda sorğulanan separatçılar bir çox vacib məsələlərlə bağlı sension ifadələr veriblər.

Onların ifadələrinin ölkədə ciddi rezonans doğuracağı, Qarabağla bağlı ağlasığmaz məsələlərin üstünü açacağı deyilir. Hətta ermənilərin xeyrinə casusluq etmiş şəbəkənin ifşası, orduda satqınların müəyyən edilməsi, “Tərtər işi”nə aydınlıq gətiriləcəyi gözlənilir.

Bir sözlə, 1991-ci ildən üzü bəri ictimaiyyətin şübhə etdiyi, müəmmalı olayların üstünün açılması gözlənilə bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışam Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, separatçıların ifadələri ilk növbədə iki məsələyə aydınlıq gətirilməsinə şərait yaradacaq:

“Həbs edilən şəxslərin hamısı 30 il müddətində Azərbaycan dövlətinə və dövlətçiliyinə, eyni zamanda Azərbaycan xalqına qarşı cinayətlər törətməkdə ittiham olunan şəxslərdir. Onların arasında Qarabağda törədilmiş cinayətlərə, Xocalı soyqrımına görə ittiham olunan şəxslər də var. Bu adamların hər birinin sadəcə Qarabağda deyil, sərhəd bölgələrində də törədikləri cinayətlər sübuta yetirilməlidir. Onlar məlumatlı şəxslərdir, bir çox vacib informasiyaya malikdirlər. Səhra komandiri, qanunsuz hərbi birləşmələrin rəhbərləri olublar. Düşünürəm ki, ilk olaraq mina xəritələri, əsir və girov götürülmüş şəxslər haqqında məlumatlar öyrəniləcək. Onlarda çox mühüm sənədlər var”.

Deputat bir sıra müəmmalı hadisələrinin üstünün açılacağını istisna etməyib:

“Bu şəxslərin digər dövlətlərin xüsusi xidmət orqanları ilə həyata keçirdikləri müxtəlif əməliyyatlar var. Bunlar araşdırılmalıdır. Onların hər biri haqqında artıq həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyatı fəaliyyəti başlayıb. Məhkəməyə qədər onların bütün cinayətlərinin sübuta yetirilməsi üçün lazımı addımlar atılacaq. İstintaq əməliyyatları çərçivəsində bu şəxslər tam şəkildə sorğu-sual edilməli, sözügedən məsələlərə aydınlıq gətirilməlidir. Müəmmalı olayların üstünün açılması gözləniləndir. Əgər onların digər xüsusi xidmət orqanlarının agentura şəbəkəsilə əlaqəsi varsa, ona da aydınlıq gətiriləcək. Məxfi məlumatlara malik, çoxsaylı cinayətlərdə əli olan bu şəxslərin böyük məlumat bazaları var, bütün məsələlərlə bağlı lazımı sorğu aparılacaqdır”.

Xəbər 4960 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +